Yevlaxda baş vermiş dəhşətli qəzanın səbəbi bilinib.
Avropa.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:
Bildirilib ki, Yevlax şəhər sakini 24 yaşlı Oruc Məmmədov BMW markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə, yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb:
“Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan sərnişini – 30 yaşlı Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə və əksər faciələrin başlancığı olan sürət amilinə hər zaman həssas yanaşmağa çağırır”.






























