SƏS TV-də yayımlanan “Media gündəliyi” verilişinin ilk buraxılışında buraxılışında Zəngəzur dəhlizi layihəsinin geosiyasi əhəmiyyəti, Cənubi Qafqazda regional güclərin maraqları və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivləri müzakirə olunub.
Avropa.info xəbər verir ki, araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin layihə rəhbəri və aparıcısı olduğu verilişin qonağı olan politoloq Zaur İbrahimli Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarını şərh edib.
Müzakirə zamanı İrəvanın layihəyə münasibəti, ABŞ-ın mümkün iştirakı ilə bağlı siyasi mesajlar, eləcə də kommunikasiyaların açılmasının regionda nəqliyyat əlaqələrinə və geosiyasi balanslara təsiri diqqət mərkəzində olub.
Müsahibədə, həmçinin Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında rolu, Azərbaycanın irəli sürdüyü əsas prinsiplər və kommunikasiyaların maneəsiz fəaliyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Layihənin ABŞ, Rusiya və İranın Cənubi Qafqazdakı maraqlarına mümkün təsirləri də təhlil edilib.
Verilişdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı da diqqət mərkəzində olub. Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri, regional təhlükəsizlik və ölkənin geosiyasi mövqeyi ilə bağlı əsas mesajlar müzakirə edilib.
“Media gündəliyi”nin bu buraxılışı Zəngəzur dəhlizinin perspektivlərinə və Cənubi Qafqazda dəyişən siyasi reallıqlara dair aktual məsələləri əhatə edib.


























