Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarəni hava məkanına girməzdən əvvəl məhv edib
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Məkkənin cənubunda husilərə məxsus pilotsuz uçan aparatı məhv edib.
Avropa.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın Yəməndəki nümayəndəsi Turki əl-Malki bildirib, Reuters yazır.
Onun sözlərinə görə, pilotsuz təyyarə çərşənbə axşamı axşam müqəddəs şəhər üzərində məhdudlaşdırılmış hava məkanına girməzdən əvvəl ələ keçirilib. Bu, husilərin 2017-ci ildə raket atdıqdan sonra Məkkəni vurmaq üçün ikinci cəhdi idi.
Koalisiyanın sözçüsü Məkkənin təhlükəsizliyini “qırmızı xətt” adlandırıb. Husilər hücumun müqəddəs şəhəri hədəf aldığını inkar edərək, iddiaları “açıqca yalan” adlandırırlar.
Husilər son günlər Bab əl-Məndəb boğazı yaxınlığında Yəmənin Qırmızı dəniz sahillərinin bir hissəsini ələ keçirib. Bu, neft ixracının yönləndirilməsini təhdid edir.






























