İstanbulda DEAŞ terror təşkilatına bağlı olduğu və Türkiyədə terror aktı planlaşdıran 21 yaşlı Berkan Ç. Sultanbəylidə keçirilən əməliyyat zamanı polisə atəş açıb. Cavab verildikdən sonra şübhəli zərərsizləşdirilib, 1 vətəndaş yaralanıb.
Avropa.info xəbər verir ki, DEAŞ silahlı terror təşkilatına bağlı olduğu və Türkiyədə terror aktı planlaşdıran şübhəli şəxsə qarşı İstanbulda əməliyyat keçirilib.
Polisə atəş açan şübhəli zərərsizləşdirilərkən, hadisə zamanı bir nəfər yaralanıb.
İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları Kəşfiyyat Şöbə Müdirliyi ilə koordinasiyalı şəkildə aparılan iş çərçivəsində DEAŞ-la əlaqəsi olduğu düşünülən 21 yaşlı Berkan Ç.-nin tutulması üçün Sultanbəylidə əməliyyat keçirib.
Əməliyyat zamanı şübhəli vəzifəli polis qruplarına atəş açıb. Polisin reaksiyasından sonra Berkan Ç. zərərsizləşdirildi.
Hadisə zamanı bir vətəndaş yaralanıb, araşdırmalar davam edir.





























