ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı İnqilab Keşikçiləri Ordusunun hədəflərinə hücuma keçdiklərini açıqlayıb.
Avropa.info xəbər verir ki, Məsələ ilə bağlı CENTCOM-un sosial media hesabında açıqlama verilib.
Açıqlamada İranın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki ABŞ personalına “hücum etməyə cəhd” göstərdiyi əsası ilə İnqilab Keşikçiləri Ordusunun hədəflərinə hücum edildiyi bildirilib.
ABŞ-ın hücum təhdidindən sonra İran mediası Hörmüz boğazındakı Qeşm adası ətrafında 5-dən çox partlayış səsinin eşidildiyini bildirib.
İran qisas alacağını açıqlayıb
Digər tərəfdən, İran ordusu ABŞ-ın hücumlarına cavab verəcəklərini açıqlayıb.
Mümkün cavab tədbirinə qarşı Trampdan təhdid
ABŞ prezidenti Donald Tramp İran ordusunun cavab verəcəyi təqdirdə İrana qarşı “daha böyük” hücumlara keçəcəklərini açıqlayıb.




























