01 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

Sentyabr 1, 2026
Siyasət
A A

ABŞ-nin vasitəçiliyi ilə irəli sürülən TRIPP layihəsi Cənubi Qafqazın geosiyasi və iqtisadi xəritəsini kökündən dəyişdirmək potensialına malikdir. Ermənistanın özünə aid 26 faizlik payın 5 faizini Mərkəzi Asiya ölkələrinə, Qazaxıstan və Qırğızıstana təklif etməsi, eləcə də dəmir yollarının idarəçiliyini Qazaxıstana vermək təşəbbüsü Zəngəzur dəhlizini sadəcə regional deyil, qlobal bir layihəyə çevirir. Qazaxıstan və Qırğızıstan kimi mühüm türk dövlətlərinin bu marşruta səhmdar və tərəfdaş kimi cəlb olunması Azərbaycanın milli və strateji maraqlarına tam cavab verir.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a TRIPP layihəsinin Cənubi Qafqazın geosiyasi mənzərəsinə, Türk dünyasının inteqrasiyasına və regional güclərin balansına təsirini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan deyib.

“Türk Dövlətlərinin Layihədə iştirakı İrəvanın Öhdəliklərdən Qaçmaq Ehtimalını Sıfıra Endirir”

Ekspert Mərkəzi Asiya ölkələrinin layihəyə qoşulmasının iqtisadi və hüquqi təminat tərəflərini diqqətə çatdırıb:

“Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərinin layihədə pay sahibi olması Ermənistanın gələcəkdə öhdəliklərindən qaçmaq və ya dəhlizi birtərəfli qaydada bağlamaq ehtimallarını sıfıra endirir. İrəvan bu addımı ilə təkcə Bakı və Vaşinqtona qarşı deyil, həm də Astana və Bişkek qarşısında iqtisadi-hüquqi məsuliyyət daşıyacaq. Qazaxıstanın layihəyə qoşulması Xəzər dənizi üzərindən keçən Orta Dəhliz logistika zəncirini birbaşa Zəngəzur marşrutuna bağlayır. Bu, Azərbaycanı həm də Şərq-Qərb ticarətində əvəzolunmaz əsas qovşağa çevirir. Ermənistan dəmir yollarının idarəçiliyinin Qazaxıstana verilməsi müzakirələri, Rusiyanın regiondakı infrastruktur monopoliyasını zəiflədir və xətlərin Türk dünyasının loqistika şəbəkəsinə inteqrasiyasını təmin edir. Sözü gedən proseslər eyni zamanda Türk Dövlətləri Təşkilatının birgə planlarını, ortaq layihələrini və ümumiyyətlə birliyini möhkəmlətməyə xidmət edir”.

“Qazaxıstanın Prosesdə Olması Moskvanın, ABŞ Payı İsə İranın Hərbi Müdaxilə Riskini Azaldır”

MCP rəsmisi təşəbbüsün Rusiya və İran kimi regional güclərin manevr imkanlarına vurduğu təsirə toxunub:

“TRIPP layihəsinin ABŞ bayrağı altında reallaşması və regiona Qərb korporativ idarəçiliyinin (99 illik istismar və 74% ABŞ payı ilə) gəlməsi Rusiya və İranın maraqlarına ciddi zərbə vurur. Lakin onların koordinasiyalı şəkildə böyük hərbi təxribat törətmək imkanları məhduddur. Moskva TRIPP layihəsini özünün “arxa baxçası” hesab etdiyi regiona ABŞ-nin birbaşa yerləşməsi kimi görür. Lakin Paşinyanın Qazaxıstanı prosesə cəlb etməsi Moskvanın manevr imkanlarını daraldır. Qazaxıstan Rusiyanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı ən yaxın müttəfiqidir. Rusiya öz müttəfiqi Qazaxıstanın səhmdar olduğu strateji xəttə qarşı açıq hərbi təxribat etməkdə çətinlik çəkəcək. Tehran “sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyik” bəyanatları ilə Zəngəzur dəhlizinə hər zaman qarşı çıxıb. Lakin layihənin Ermənistanın suverenliyi altında fəaliyyət göstərəcəyinin vurğulanması və bura Mərkəzi Asiya ölkələrinin daxil olması İranın əsas arqumentlərini boşa çıxarır. İran regionda tam təcrid olunmamaq üçün birbaşa hərbi təxribat əvəzinə, siyasi təzyiq və proksi rıçaqlardan istifadə edə bilər. ABŞ-nin layihədəki nəhəng payı və podratçıların təhlükəsizlik qarantiyası Tehran və Moskvanın hər meylli fiziki müdaxilə riskini kəskin azaldır”.

“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

Şərhçi layihənin daha geniş geosiyasi dividendlərinə və regional sülhün bərqərar olmasına diqqət çəkib:

“Mərkəzi Asiyanın layihəyə daxil olması həm də Çinin maraqlarını regiona çəkir. Pekin özünün “Bir Qurşaq, Bir Yol” strategiyası çərçivəsində yüklərini Rusiya xətlərindən, Şimal marşrutundan yan keçirməklə daha təhlükəsiz və qısa olan bu yeni ABŞ-Türk inteqrasiyalı xəttinə yönəldə bilər. Türkiyə və Azərbaycanın bu çərçivə sazişləri üzrə sıx koordinasiyada olduğunu nəzərə alsaq, TRIPP yaxın gələcəkdə regionda sülhün və iqtisadi rifahın ən böyük təminatçısı ola bilər. Ermənistanın Orta Asiya ölkələrini, konkret desək Türk Dövlətləri Təşkilatına üzv dövlətləri bu layihəyə cəlb etməsi bu ölkələrin iqtisadi inkişafı ilə yanaşı həm də birgə təhlükəsizlik tədbirlərini labüdləşdirir. Eyni zamanda Azərbaycanın bu mühüm prosesdəki aparıcı rolu regionda sülhün davamlı olmasını təminat altına alır”.

Əvvəlki Yazı

Lamin Yamal “Barselona”nın 91 illik rekordunu geridə qoyub

Növbəti Yazı

Jurnalist Xristoforu:”Odessaya hücumlar Zelenski rejiminin süqutunu yaxınlaşdırır”

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Qırğızıstanın “Irıs Ordo” Konqres Mərkəzinə getdi – Video

01 Sentyabr 2026 / 11:01
10
Zaxarova:”Kiyev və Qərb Rusiyada səfərbərlik barədə spekulyasiya edir”

Zaxarova: Kiyev rejimi insanlıqdan kənarlaşdırmanın bütün ən pis təcrübələrinin ərintisinə çevrilib

01 Sentyabr 2026 / 10:49
12
Putin hərbi münaqişələri təhrik edən halların qlobal praktikadan xaric edilməsinə çağırıb

Putin hərbi münaqişələri təhrik edən halların qlobal praktikadan xaric edilməsinə çağırıb

01 Sentyabr 2026 / 10:26
10
İran prezidenti deyib ki, Tehran qanunun aliliyinə ciddi əməl edir

İran prezidenti deyib ki, Tehran qanunun aliliyinə ciddi əməl edir

01 Sentyabr 2026 / 10:20
6
Qırğızıstanin Paytaxtı Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Qırğızıstanin Paytaxtı Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

01 Sentyabr 2026 / 10:09
12
Prezident lham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü-Fotolar

Prezident lham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü-Fotolar

01 Sentyabr 2026 / 10:06
8
Şəkidə məşhur hoteldə yanğın baş verib Təxliyə olunanlar var

Şəkidə məşhur hoteldə yanğın baş verib Təxliyə olunanlar var

01 Sentyabr 2026 / 10:01
11
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Rusiya ordusu Ukraynadakı hədəflərə dəqiq silahlarla kütləvi zərbə endirib

01 Sentyabr 2026 / 9:41
14
Peskov: Ermənistandakı referendum islandiyalılarla ermənilər arasındakı fərqi göstərəcək

Peskov: Ermənistandakı referendum islandiyalılarla ermənilər arasındakı fərqi göstərəcək

01 Sentyabr 2026 / 9:31
5
O, qayığın KKTC-də batdığını görüb və köməyə qaçaraq ən azı 100 nəfəri xilas edib.

O, qayığın KKTC-də batdığını görüb və köməyə qaçaraq ən azı 100 nəfəri xilas edib.

01 Sentyabr 2026 / 9:22
6
Filenin Sultanları dörddəbir final üçün komandamızla qarşılaşacaq

Filenin Sultanları dörddəbir final üçün komandamızla qarşılaşacaq

01 Sentyabr 2026 / 9:13
20
Kolumbiya lideri De la Espriella: Zəlzələdən 450 mindən çox insan zərər çəkib

Kolumbiya lideri De la Espriella: Zəlzələdən 450 mindən çox insan zərər çəkib

01 Sentyabr 2026 / 9:05
7
UKMTO: Tanker Oman sahillərində Hörmüz boğazından keçərkən vurulub

UKMTO: Tanker Oman sahillərində Hörmüz boğazından keçərkən vurulub

01 Sentyabr 2026 / 9:01
6
Qırğızıstanin paytaxti Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir – Video

Qırğızıstanin paytaxti Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir – Video

01 Sentyabr 2026 / 8:57
2
Jurnalist Xristoforu:”Odessaya hücumlar Zelenski rejiminin süqutunu yaxınlaşdırır”

Jurnalist Xristoforu:”Odessaya hücumlar Zelenski rejiminin süqutunu yaxınlaşdırır”

01 Sentyabr 2026 / 8:16
6
Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

Tural İrfan:“Mərkəzi Asiyanın İştirakı Çinin Maraqlarını Regiona Çəkir”

01 Sentyabr 2026 / 8:08
26
Lamin Yamal “Barselona”nın 91 illik rekordunu geridə qoyub

Lamin Yamal “Barselona”nın 91 illik rekordunu geridə qoyub

01 Sentyabr 2026 / 7:52
11
İsrail ordusu Suriyanın cənubundakı bir kəndə basqın edib

İsrail ordusu Suriyanın cənubundakı bir kəndə basqın edib

01 Sentyabr 2026 / 7:39
4
Zərdab rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib-Fotolar

Zərdab rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib-Fotolar

01 Sentyabr 2026 / 7:31
115
Roza Zərgərli Bişkek Arenada prezidentlərin qarşısında çıxış etdi — VİDEO

Roza Zərgərli Bişkek Arenada prezidentlərin qarşısında çıxış etdi — VİDEO

01 Sentyabr 2026 / 7:18
4
MWM: Odessadakı hədəflərə hücumlar NATO-nun Kiyevi silahla təmin etməsinə mane olur

Odessa böyük bir hava bombası hücumuna məruz qaldı

01 Sentyabr 2026 / 1:24
13
Nepalda daşqınlarda ölənlərin sayı 939-a yüksəlib

Nepalda daşqınlarda ölənlərin sayı 939-a yüksəlib

01 Sentyabr 2026 / 1:16
8
Zelenski: Sentyabrda çox şey dəyişə bilər

Zelenski: Sentyabrda çox şey dəyişə bilər

01 Sentyabr 2026 / 1:02
10
Tramp Ukraynaya kömək etdiyini bildirib

Tramp Ukraynaya kömək etdiyini bildirib

01 Sentyabr 2026 / 0:46
5
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

01 Sentyabr 2026 / 0:41
8
Naxçıvanda 15 yaşlı qızı avtomobil vurdu – Vəziyyəti ağırdır

Naxçıvanda 15 yaşlı qızı avtomobil vurdu – Vəziyyəti ağırdır

01 Sentyabr 2026 / 0:32
7
Mirzoyan:”Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”

Mirzoyan:”Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”

01 Sentyabr 2026 / 0:26
10
Trampın İrana mesajı: Məhdud hücum siqnalı

Trampın İrana mesajı: Məhdud hücum siqnalı

01 Sentyabr 2026 / 0:21
10
İran Hörmüz boğazında daha bir ABŞ pilotsuz təyyarəsini vurduğunu açıqlayıb

İran Hörmüz boğazında daha bir ABŞ pilotsuz təyyarəsini vurduğunu açıqlayıb

31 Avqust 2026 / 23:27
12
Rusiya: Kiyev və Odessa bölgələrində hərbi məqsədlər üçün istifadə edilən logistika mərkəzlərini vurduq

Rusiya: Kiyev və Odessa bölgələrində hərbi məqsədlər üçün istifadə edilən logistika mərkəzlərini vurduq

31 Avqust 2026 / 23:24
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.