18 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Sabiq deputatdan Azərbaycan futbolu haqqında sərt reaksiya: Azərbaycan futbolu Santuşluq prinsipindən əl çəkilməlidir

Sentyabr 8, 2025
Cəmiyyət
A A

“Qarabağ” FK-nun oyunları sadəcə bir biznes baxımından uğurludur, onun avroliqada uğurlu çıxışı ilə milli komandanın oyunu arasında heç bir əlaqə görünmür. 

Sonda bu uğurun Azərbaycan futbolunun inkişafına da heç bir töfhəsi yoxdur

Azərbaycan Milli futbol komandası növbəti dəfə məğlub oldu. Bu dəfə İslandiyaya: 0-5.
1 il 3 ay bundan əvvəl AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında “3+1” illik müqavilə imzalananda mütəxəssislər, heç mütəxəssis olmayanlar da, futbol ictimaiyyəti, adı azarkeşlər də deyirdilər ki, buna ehtiyac yoxdur. Çünki futbolumuzun vəziyyəti, problemləri bəlli olduğu halda belə bir növbəti addım mənasız idi. Əvvəlki illərin praktikası da bunu aydın sübut edidi. Covanni de Byazinin, Prosineçkinin, Foqtsun, Torresin vaxtında da millimiz elə bu cür oynayırdı. Ona görə də Santuş olmur kim olursa olsun bu yanaşma ilə futbolumuzda heç bir uğurdan söhbət gedə bilməz.

Santuşun isə günahı ondadır ki, son 1 ildə əsas millimiz 11 oyundan 1 qələbə belə qazanmadı. Və ən nəhayət onunla müqavilə imzalananda Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulmuşdur. Bir ilin uğursuz göstəricisinin nəticəsi AVRO-2028-in seçmə mərhələsnə uğursuz başlangıcla bir daha təsdiq olundu.

Fernandu Santuş

Oyunda futbolçuların zəif fiziki hazırlığı, düzgün ötürmə verə bilməməsi, topu qəbul etmək bacarığının olmaması və s. aydın görünürdü. Bu, futbolçuların ümumi konteksdə malık olacaqları parametrlərdir. Futbolçular bu baxımdan həmişə hazırlıqlı olmalıdırlar. Məşqçinin vəzifəsi isə hazır materialı sinxronlaşdırıb qarşıya qoyulan taktiki məsələləri həll etməkdir. Təəssüf ki, biz bunu görə bilmədik. Ən təəssüfü o oldu ki, qalib ölkənin qalib gəncliyinin 11 üzvünün yaşıl meydanda mübarizə əzmini görmədik. Bəlkədə oyun öncəsi onları psixoloji olaraq buna hazırlamaq mümkün idi. Amma hesab edirəm ki, bunu 71 yaşlı Portuqal Santuş edə bilməzdi. 380 minə qədər əhalisi olan İslandiya komandasının oyunçuları isə öz “Vikinqlik” mübarizliyini həm oyunçu olaraq, həm də tamaşaçıların öz ecazkaz səsləri ilə xalq olaraq ortaya qoydular.

Bəlli olan budur ki, uşaq futbolu, region futbolu, milli oyunçuların futbolu olmayınca nəticə belə də olacaq. Santuşa verilən pulu indiki mövcud şəraitdə 2-ci və region liqaysına yonətlsək daha yaxşı nəticə almaq olar.
Hansısa bir proqram qəbul etməklə bu isi həll etmək olmaz. Düzdür proqram mütləq olmalıdır, yetər ki, real imkanlara əsaslansın və mütləq yerinə yetirilsin. Ümumilikdə isə hər bir şəhər və rayonun futbol komandası, stadionu olmalıdır. Digər işlər-uşaq futbolu, futbol məktəbləri bu komanda ətrafında cəmləşməlidir. Bu gün isə vəziyyət tamam fərqlidir. Futbol məsələsi yerli icra rəhbərliklərinin səlahiyyəti daxilində deyil, Gənclər və İdman Nazirliyi deyir futbol mənlik deyil. AFFA-nın da işinə qiyməti bu günkü nəticə ilə vermək olar.

Leqioner hesabına oynamaq da vəziyyətdən çıxış yolu deyil. Milli Futbol Çempionatımızda çıxış edən komandalarda leqionerlər kifayət qədərdir. Hətta 2025/2026 mövsümündən əcnəbi oyunçulara qoyulan limit AFFA İcraiyyə Komitəsi tərəfindən ləğv olunub. Yəni artıq Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümündə 12 komandanın iştirakı ilə keçiriləcək çempionatda legioner limiti də tətbiq olunmayacaq. Yeni qaydaya görə, meydanda eyni anda 11 legionerin oynamasına icazə verilib. Bəs onda Milli futbol harada qaldı? Yerli futbolçular necə yetişsin? Azərbaycan futbolu necə inkişaf eləsin ? Bu məsələ artıq 1-ci, 2-ci, hətta Region liqasına da gəlib çıxıb.

Bir necə gün əvvəl “Qarabağ” FK-nın Avro kubok oyunlarında uğurlu çıxışına şahidlik elədik və hamımız sevindik. Belə çıxır ki, “Qarabağ” FK-nun oyunları sadəcə bir biznes baxımından uğurludur. Bu gün “Qarabağ” FK-nin avroliqada uğurlu çıxışı ilə milli komandanın oyunu arasında heç bir əlaqə görünmür, demək olar ki, yoxdur və sonda bu uğurun Azərbaycan futbolunun inkişafına da heç bir töfhəsi yoxdur.

Legioner məsələsi və ya əcnəbilərin milliləşdirilməsi məsələsi müstəqilliyimizin ilk illərində başa düşülən idi. Çünki hər “milli” əcnəbinin qələbəsi yerli idmançılar üçün bir motivasiya idi. Amma iş görüb, milli kadr yetişdirməkdənsə görünür pul verib “hazır kökə” almaq bizə artıq xas olan xüsusiyyət kimi çoxdan formalaşıb. Yadıma “Bəxtiyar” filmi düşdü. Klubun rəhbəri Ağabala pul verib balet ustalarını (legioner) dəvət edir və onları qazmaçı Anton Raspokov və montajçı Klara Kalmagina kimi təqdim edir. Münsiflər balet ustalarından soruşurlar ki, gərək siz qazmaçısız və qazdığınız sonuncu quyunun dərinliyi nə qədərdir? Anton deyir -10 metr, Klara deyir yox, yox -5 metr. Film 1955-ci ildə çəkilib. Üstündən 70 il keçib, amma görünür düşüncə dəyişməyib.

Azərbaycan cəmiyyətində təəssüf ki, İdmanın yox, idmançının populyarlaşması daha öndədir. İstənilən qalib idmançı milli qəhrəman kimi qəbul olunur, maddiyyat, imtiyazlar, vəzifə və s. Mental olaraq bundan başgicəllənmə mütləqdir və idman yaddan çıxır. Hələ indiyə qədər 1 nəfər də 2 qat olimpiya çempionumuz yoxdur. Sonuncu Paris Olimpiadasında Özbəkistan komandasının 2 üzvü 2 qat Olimpiya çempionu oldu. Qazanılan 8 qızıl, ümumilikdə isə 13 medalın 13-nü də özbək qazandı.

Özbəkistandan söz düşmüşkən: Bu gün Özbəkistan Milli futbol komandası artıq 2026 il Dünya Çempionatına vəsiqə qazanıb. Komandanı bu uğura özbək vətəndaşı, yerli mütəxəssis, özbək futbolunun yetirməsi, mesxeti türkü Timur Kapadze aparıb.

Müqayisə üçün deyim ki, 2 il öncə 2023-cü ildə Özbəkistanda Futbolun inkişafına Dəstək fondu yaradıldı və müvafiq vəsait ayrıldı. Azərbaycanda isə Futbolun İnkişaf Fondu (FİF) daha öncə, 2016-cı ildə təsis olunub. Azərbaycanda bu fonda Özbəkistandan 10 dəfə artıq maliyyə ayrılır.

Demək əsas məsələ pulda, maliyyədə deyil, işin düzgün təşkilindədir. Təkcə Daşkənddə 14 ən tanınmış futbol komandalarının Akademiyası fəaliyyət göstərir. Gürcüstanın “Dinamo” Tbilisi Akademiyasının fəaliyyətinə və nəticələrinə baxın.

Hesab edirəm ki, Azərbaycan futbolu yenidən təşkil edilməli və Santuşluq prinsipindən əl çəkilməlidir.

İltizam Yusifov,
Milli Məclisin VI çağırış deputatı

Əvvəlki Yazı

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Növbəti Yazı

15 sentyabrda dərslər təxirə salınacaq? – RƏSMİ CAVAB

XƏBƏR LENTİ

2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

18 May 2026 / 11:34
1
Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
38
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
42
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
56
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
27
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
20
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
18
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
28
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
21
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
78
Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

13 May 2026 / 11:37
38
Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

13 May 2026 / 11:29
43
Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Avropa liderləri İlham Əliyevdən nümunə götürür

13 May 2026 / 11:12
22
Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May 2026 / 11:02
37
Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

13 May 2026 / 10:43
22
QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

13 May 2026 / 10:07
29
QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

13 May 2026 / 10:04
19
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

12 May 2026 / 11:03
30
“Bayquş və qarovulçu” – Hekayə

Sadə dildə dərin fəlsəfə: İmamverdi İsmayılovun “LABİRİNT” əsərinə ədəbi baxış

11 May 2026 / 17:55
30
Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

09 May 2026 / 15:43
67
Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

09 May 2026 / 15:18
44
“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

09 May 2026 / 15:10
53
Məhdudiyyətləri birlikdə aşaq

Məhdudiyyətləri birlikdə aşaq

09 May 2026 / 12:15
52
Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

09 May 2026 / 12:03
55
Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

09 May 2026 / 11:57
61
Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

09 May 2026 / 11:45
69
Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

30 Aprel 2026 / 11:01
74
Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

29 Aprel 2026 / 22:03
55
Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

29 Aprel 2026 / 21:57
78
“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

28 Aprel 2026 / 18:40
71
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.