17 iyul 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində “YARAT – Daxilindəki sənətkarı oyat!” şüarı altında yaradıcı master-klass keçirilib.
Bu barədə Avropa.info-ya kitabxanadan məlumat verilib.
Tədbir zamanı uşaqlar kitabxana əməkdaşlarının dəstəyi ilə müxtəlif bədii fiqurlar hazırlayaraq onları öz zövqlərinə uyğun rəngləyiblər. Eyni zamanda rəngli iplərdən və muncuqlardan bəzək əşyaları düzəldərək fərdi yaradıcılıqlarını nümayiş etdiriblər.
Master-klassdan sonra uşaqların mütaliə və məntiqi düşüncələrinin inkişafına yönəlmiş kitab icmalı təşkil edilib. Onlar “Tibb bacıları”, “Yanğınsöndürənlər” və “İnşaatçılar” adlı kitabların icmallarında iştirak edərək əsərlərin məzmunu barədə ətraflı məlumat alıblar. Müzakirə zamanı uşaqların fikirləri dinlənilib, suallar vasitəsilə onların bilikləri möhkəmləndirilib.
Tədbirin əsas məqsədi uşaqlarda estetik zövqü formalaşdırmaq, sənətə və mütaliəyə maraq oyatmaq, həmçinin onların yaradıcı potensialını və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir.