Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin regional qrupu məlumat yayıb . Bildirilir ki, qəza bu gün saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində qeydə alınıb.
“Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində mikroavtobusda olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.