ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun üçüncü mərhələsi üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib.
Avropa.info xəbər verir ki, Trampı daşıyan təyyarə Zayed beynəlxalq hava limanına enərkən ABŞ prezidenti BƏƏ prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Yaxın Şərq turunun ilk mərhələsində Səudiyyə Ərəbistanına səfər edən Tramp, daha sonra turunun ikinci dayanacağı Qətərə, oradan da BƏƏ-yə keçib.
Bu tur Trampın prezident kimi ikinci müddətində keçən yanvar ayında başlayan ilk xarici səfəridir.