26 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

“Ölü mətn”in diriliş missiyası

May 12, 2025
Mədəniyyət
A A

Yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” (2013) romanı Azərbaycan tarixinin müxtəlif dönəmlərini işıqlandıraraq oxucunu səyahətə çıxarır, zəngin insan tipləri ilə qarşlaşdırır, onların həyat hekayələri ilə tanış edir. Müəllif müxtəlif mühitlərdə insanların xarakterlərindəki dəyişiklikləri göstərməklə rəngli bir dünya yaradır. İmperiya ideologiyasının xalqların həyatını necə puç etdiyi, mühiti hansı şəkildə zədələdiyi və düşünən beyinlərə nə dərəcədə  zərər vurduğu  açıq şəkildə təsvir edilir. Yadellilərin öz millətləri ilə qeyrilərinə olan açıq ayrı-seçkiliyi, azərbaycanlıların savadsız, saf olmalarından istifadə edərək başlarına olmazın oyunlar gətirilməsi də nəzərdən yayınmır. Əsər XX əsrin əvvəllərindən sonlarına doğru böyük  bir epoxanı müxtəlif aspektlərdən işıqlandırır və oxucunu özünü sorğulamağa, düşüncələri ilə baş-başa qalmağa sövq edir. Roman “Ölü mətn” adlansa da, millətin ruhunu diriltməyə xidmət edir.

* * *

Ədəbiyyat elə bir güzgüdür ki, müxtəlif cəmiyyətlərin, fərqli mühitlərin mənəvi və mədəni görüşlərini, gözəllik və eybəcərliklərini canlı şəkildə əks etdirir. Buna görə deyirlər ki, çox kitab oxuyanlar bir deyil, yüzlərlə həyat yaşayır, minlərlə insan tanıyırlar. Yazıçılar da əsər yaradarkən yalnız estetik sferaya  qapanıb qalmır, cəmiyyət həyatındakı sosial çatışmazlıqları da ön plana çəkərək oxucunu düşünməyə vadar edirlər.

XXI yüzilin ilk rübündə cəmiyyətdə baş verən depressiyalar, gərginliklər, daxili təlatümlər, ailə içərisindəki anlaşmazlıqlar, insanlar arasında dərinləş­məkdə olan təbəqə fərqinin sorunları ədəbiyyatdan yan keçməmiş, Sabir Əhmədli, İsa Muğanna, Anar, Mövlud Süleymanlı, Elçin və başqa yazarların əsərlərində fərqli yönlərilə əksini tapmışdır. Oxucuların adı çəkilən yazıçıların əsərlərini maraqla oxumasının başlıca səbəbi, onların yazılarında öz həyatları ilə bir yaxınlıq, bənzərlik sezmələri, yaratdıqları qəhrəmanların simasında yaşa­dıqları həyatın, çəkdikləri əzabların, qazandıq­ları, yaxud itirdikləri dəyərlərin canlı təcəssümünü görmələridir.

İlk hekayəsi 1981-ci ildə  yayımlanan, sonra isə mətbuatda yüzlərlə bədii mətn və publisistik yazılar dərc etdirən, onlarla filmin ssenari müəllifi olan tanınmış yazıçı, ssenarist, rejissor, jurnalist Orxan Fikrətoğlunun  yaradıcılığında önəmli yer tutan əsərlərindən biri də “Ölü mətn” romanıdır.  Burada ilk nəzərə çarpan məqam əsərin monotonluqdan uzaq və ənənəvi üslubdan fərqli bir tərzdə qələmə alınmasıdır. Həmçinin “Fikir davamçın yoxdursa, sən də yoxsan”, “Ədəbiyyat heç nəyi dəyişmirsə, deməli mətnlər ölüdür” kimi aforistik deyimlərlə müəllif bu yazının son ölü mətn olması, artıq parlaq fikirlərlə aydınlanan ədəbiyyatın yaranmasını təvəqqe edir. Orxan Fikrətoğlu bir əsrdə baş verən tarixi ittifaqları romana sığışdırmaqla bərabər ədəbi keçmişin ən qədim qatlarından Dədə Qorqudu da çıxararaq əsərinə daxil etmiş, Dədə obrazı ilə ona fərqli don geyindirmiş, zəmanəsindəki özgələşən, “ipi öz əlində olmayan” insan surətləri yaratmışdır. Ümumən əsər bir-birilə əlaqəsiz görünən, lakin əslində bir-birini tamamlayan qissələrdən ibarətdir. Roman boyu bu hekayələrlə baş obraz – Ustad kamilləşir, özünü dərk etməyə başlayır və əsərin əvvəlində yarımçıq olan çox şey sona doğru müəllifin özünün də açıqlaması ilə aydınlaşır.

Mətn Ustada Cin adlı dostunun telefonla zəng etməsi və onun hüzuruna bir oğlan göndərəcəyini deməsi ilə başlayır. Həmin oğlan gəlir və yazdığı əsəri Ustadın da oxuyub fikir bildirməsini istəyir. Lakin Ustad əski əlifba ilə yazılmış bu mətni oxumaqda acizdir, çünki bu hərflər ona tanış deyil. Ustadın əski əlifbanı bilməməsi keçmişini, kökünü anlamamasından irəli gəlir. Buna baxmayaraq o, gənc oğlana əsəri oxuyacağını söyləyir. Lakin bu əsərin oxunmalı deyil, yaşanmalı olduğunu bilmir. Hadisələrin sonrakı gedişində Barmen obrazı ilə qısa bir qarşılaşma olur və onun ani ölümü ilə əslində “başqası öləndə biz də bir az ölürük” qənaəti çatdırılır.

Romanda baş verən hadisələr demək olar ki, sovet dönəmi ilə bağlıdır. İki övladını qoyub Rusiyaya pul qazanmağa gedən Kamilə buradakı mühitlə və bu mühitin “nəzarətçisi” Kamillə rastlaşdıqda bütün planları alt-üst olur. Kamil vağzalda cibkəsənlik edir, ancaq özgələrinin deyil, yalnız öz soydaşlarının pullarını oğurlayır. Çünki bilir ki, polis görəndə gizlənməyə yer axtaran soydaşları heç vaxt bununla bağlı şikayət etməzlər. Həm də polislər əvvəlcədən Kamillə razılaşmış, “Yerlilərinlə, özün bilərsən. Onlar Rusiya qanununda deyillər” demişlər. Kamil əyri yola düşməsi yaşadığı mühitdən qaynaqlanır. Romanda  “Kamil oxusaydı, yaxşı siyasətçi də ola bilərdi” qənaəti bunu bir növ təsdiq edir.

“Mən getsəm kim iki arağa gəlib bu boyda dükanı silib-süpürəcək. Rus qadını bunu edəndir? Rus sənin üçün döşəmə yuyacaq? Harada görünüb ki, kimsə hüquqsuz və havayı işləyən qulundan imtina etsin? Burada bütün çirkli işləri görürəm. Amma yenə də buradan razıyam. Və geri qayıtmaq istəmirəm”, – deyərkən Kamilə əslində reallığın fərqində olub buna boyun əyməyə razılığını da etiraf edir.

Romanda fərqli mühit və cəmiyyətlərin necə inkişaf etdikləri, özəlliklə qadına münasibətdə dəyər və dəyərsizlik sindromu, Azərbaycan qadınının öz böyük­lüyünü anlamaması ürək yanğısı ilə göstərilir.

Romanda əsgərlikdən qaçıb xaricə sığınan insanların ümumiləşmiş rəmzi kimi Ağdamlı Vəliş surəti diqqəti çəkir. O, polis gülləsi ilə yaralandıqdan sonra kimliyi aşkar olmasın, vətənə göndərilməsin deyə xəstəxanaya getmir, qanaxmadan ölür. Diri ikən vətənindən qaçan Vəliş, ölü kimi vətənə qaytarılmaq üçün tabuta qoyulur.

Hadisələrin çevik keçidləri ilə müşayiət olunan əsərdə həmçinin İkinci Dünya müharibəsi illərində iki həmyerlinin – İsmayıl və İbrahimin simasında ideologiyalarının toqquşması və bu çarpışması canlandırılır. İsmayılın atası bolşeviklərin Gəncəni tutacağını eşidir və oğluna özünü yazıq göstərməsini tapşırır. İsmayıl da atasının dediklərinə əməl edir. Beləcə rejim İsmayılı öz ideologiyasına uyğun bir əsgər kimi yetişdirir və onu Gəncəyə – doğulub böyüdüyü şəhərə əks-kəşfiyyatçı təyin edir. İşə başlayan kimi İsmayıl bolşeviklərin gözündən yayınan gəncəliləri bir-bir üzə çıxararaq sürgün edir. “Altı aya Stalinin özündən də beş dəfə çox adam tutub güllələdir”.

İsmayıl öz keçmişini unudan, manqurtlaşan, özgələşən və bunu öz istəyi ilə edən insan tipidir, onun qarşısında dəfələrlə bu yoldan dönməsi üçün şərait yaransa da, bunu etmir, ölənəcən seçdiyi yolun doğru olduğunu düşünür. Halbuki, gücün kor etdiyi gözlərini qaldırıb ətrafına baxsaydı, gəncliyindən bəri xidmət etdiyi, milyonlarla günahsızın qanına bulaşmış Sovetlər Birliyinin əski əzəmətinin qalmadığını, dağılmaq üzrə olduğunu görərdi. İkinci Dünya müharibəsinin qızğın anında düşmən cəbhələrdə savaşan İbrahim və İsmayıl kiçik daxmaya sığınanda rastlaşırlar – bu onların illər sonra ikinci görüşü idi. Burada İsmayılın İbrahimi öldürməyib çıxıb getdiyini bildikdə, onun qəlbində kiçicik bir xeyirxahlıq işığı olduğunu düşünürüksə, az sonra İsmayılın İbrahimin nəslindən bir adam da saxlamadığını bildikdə bir insanın ideologiyaya satılmağının dəhşətləri ilə qarşılaşırıq. İsmayıl sovetlərə kölə olmağı qəbul etmişdisə, İbrahim türklərə sığınmış, Nuru paşanın köməyi ilə xilas olmuş, İstanbulda “Vətən” qəzetini nəşr etdirmiş və Avropada, həmçinin Sovet Azərbaycanında yaymağa başlamışdı. Hər dövrdə milləti oyatmağa çalışan insanlara sədd çəkənlər olduğu kimi, İbrahimin bu qəzeti məşhurlaşdıqca bolşeviklərin dincliyi pozulur. Beləliklə, onlar İbrahimi öldürməsi üçün İsmayılı casus qismində göndərirlər. İsmayıl bu işi uğurla bacarır, amma hesaba almadığı bir şey vardı ki, o da “düşmən”inin zəkası idi. İbrahim bu gəlişin əsl məqsədini duymuş və ehtiyatını görmüşdü, sadəcə İsmayıl bunu çox sonralar biləcəkdi.

Ömrünün ən gözəl illərini sonu puç olan bir ideologiyaya qurban verən İsmayıl sonda bunu anlayırsa da, artıq hər şeyin gec olduğunun fərqinə varır. O, doğulduğu şəhərə, doğma insanlara, hətta özünə o qədər yadlaşır ki, vətənə yalnız ölmək üçün gəlir. İbrahimin daim ümidlə səsləndirdiyi “müstəqil olmağımıza az qalıb” fikri gerçəkləşəndə iki həmyerlinin son görüşü baş tutur. İbrahimə “Öləndə qoyma qəbrimi murdarlasınlar” deyən İsmayıl, “Necə yaşayırsansa, elə də ölürsən” cavabının ağırlığı altında əzilir və yox olur.

Eyni bir mühitdə doğulub fərqli yolların yolçusu olan bu iki gənc öz talelərini özləri yaradır. Yolun başında hər ikisi  getdikləri yolun dürüstlüyünə inanır, fəqət hər şeyin doğrusunu zaman göstərir. Nə qədər bir-birinə zidd fikirlərin təmsilçiləri olsalar da, bir yurdun – bu məmləkətin övladları – bir mətnin yazısı idilər. Onların hekayəsi də beləcə bitir və yenisi başlayır ki, burada Azərbaycan-erməni münaqişəsinə toxunulur. Bakıda türk ovunun getməsi, müsəlmanların sorğu-sualsız öldürülməsi, ermənilərin guya Lenindən bütün bakılıları dənizdə batırmaq əmri almaları kimi faktların verilməsi oxucuda o dönəmin qaranlıqlarını anlamağa, tarixin yaşatdıqlarını öyrənməyə xidmət edir. Bizi – bu xalqı bir deyil, dəfələrlə öldürmələri əsərin, demək olar ki, hər epizodunda vurğulanır. Azərbaycan tarixinin qanlı səhifələrindən olan repressiya dövrü də “Qırmızılar Bakını tutanda yazıb-poza bilən adamların hamısını bir kluba yığmışdılar” cümləsi ilə verilir və sürgün olunan aydınların geridə qoyduqları qadınlarının ləyaqəti də kədərlə xatırladılır.

Romanda maraqlı situasiyalardan biri də özünəxas çalarlarla yaradılan Dədə obrazının elata gətirdiyi “yeniliklərdir”. O, qırx oynaşlı Qısırca yengəsi “Elin anası” adlandırıb müqəddəs elan edərkən, elin mal-qarasını, sürülərini, ilxılarını çöl qayalığından dərəyə tökdürərkən, qeybdən gələn səsi bəhanə edərək hamının lal-dinməz oturmalarını söyləyərkən kimsə bu absurd davranışa qarşı çıxmır. Bu mənasız əməllərin qarşısında hamılıqla Dədəni deyil, onun sözlərini dəyişirlər ki, el dədəsiz qalmasın. Yazıçı bununla toplumun daima öz başbilənlərini itirmək qorxusunu, əsl başların özləri olduqlarını dərk etmədiyini irəli sürür.

Romanın süjet hörüyündə repressiyadan bir neçə epizodda bəhs edilir. Sona doğru dustaqların aparılıb öldürüldüyü, onlara öz əllərilə qəbirlərinin qazıldığı ada təsvir olunur. Adaya düşən Ustad buradan təsadüfən bir qayıqçının yardımı ilə xilas olmağı bacarır. Sibirə, Solovki adasına, yaxud başqa diyarlara sürgün olunan dühaların Ustad kimi nicat yollarının olmaması, onların köməyinə bir kimsənin gəlməməsi, ağlasığmaz bir şəraitdə ölmələri tarixin acı gerçəkləridir.

Ustada danışılan bir hekayədə isə yüksək vəzifəli bir zabit öz günahını başqa birinin üstünə yıxır və onu şirnikləndirərək qısa sürə həbsdə bəy kimi yaşayacağına söz verir. Sonra isə zabit bu gənci ölümə məhkum edib “səni mən yaratdım, mən də öldürürəm” dedikdə, cavan oğlan həyatın şirinliyini anlayır və qaçıb xilas olur. Əsərdə kiməsə qul olmaq, şüursuz şəkildə sahibini ilahiləşdirməyin acı nəticələri müxtəlif obrazların həyat hekayələrində, fərqli situasiyalarda canlandırılır. Ölü mətn Ustadı ayıltmağa çalışdığı kimi, oxucunu da oyanışa səsləyir.

Əsərin sonlarına doğru əski əlifbanın nəsildən-nəsilə ötürülməsi, qorun­ması, aydınların bu əlifba naminə məhv edilməsi, lakin əlifbanın yaşaması, onun əslində əski düşüncə, ənənə, keçmiş olduğu və unudulandan bəri yeni heç nə yaradılmadığı qənaəti vurğulanır. Azərbaycan nəsrində post sufi janrının ilk örnəyi kimi dəyərləndirilən romandan doğan qənaətə görə, “Ölü mətn” yalnız Ustadın deyil, bütövlükdə millətin mətnidir. Bu mətn hələlik oxunmasa da, millət canı, qanı bahasına onu qoruyub gələcək nəsillərə ötürəcəkdir.

Şəhla Şəhrəngiz,
Bakı Dövlət Universiteti

Əvvəlki Yazı

İşinə sədaqətin simvolu – Peşəkar və fədakar həkim

Növbəti Yazı

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər

XƏBƏR LENTİ

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kursk vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfər yaralanıb

26 Avqust 2026 / 19:26
3
Trampdan İrana yardım edən ölkələrə iqtisadi təhlükə

Tramp ABŞ-ın İranla müharibəsinin tezliklə başa çatdığını açıqlayıb

26 Avqust 2026 / 18:04
18
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

26 Avqust 2026 / 17:59
14
Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

26 Avqust 2026 / 17:50
5
Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

26 Avqust 2026 / 17:43
16
Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

26 Avqust 2026 / 17:34
2
İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

26 Avqust 2026 / 17:28
3
İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

26 Avqust 2026 / 17:08
31
Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

26 Avqust 2026 / 16:59
1
Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

26 Avqust 2026 / 16:49
12
Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

26 Avqust 2026 / 16:44
14
Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

26 Avqust 2026 / 16:40
20
İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

26 Avqust 2026 / 12:39
8
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğan: Ümid edirəm ki, Malazgirtin çoxəsrlik ruhu gələcəyimizə rəhbərlik etməyə davam edəcək

26 Avqust 2026 / 12:28
13
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev “Sabah” komandasıni təbrik etdi-Foto

26 Avqust 2026 / 12:15
22
Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

26 Avqust 2026 / 12:11
13
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

26 Avqust 2026 / 12:05
9
Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

26 Avqust 2026 / 11:56
56
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

26 Avqust 2026 / 10:22
7
Ermənistanin keçmiş prezidenti həbs olundu

Məhkəmə Ermənistanın eks-prezidenti Köçəryanın ikinci oğlunu da həbs edib

26 Avqust 2026 / 10:11
18
Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

26 Avqust 2026 / 10:01
21
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

26 Avqust 2026 / 9:53
56
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

26 Avqust 2026 / 8:57
21
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

26 Avqust 2026 / 8:52
8
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiyanın 16 bölgəsində bir gecədə 426 Ukrayna PUA vurulub

26 Avqust 2026 / 8:44
9
İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

26 Avqust 2026 / 8:33
15
İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

26 Avqust 2026 / 8:16
7
ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

26 Avqust 2026 / 8:06
19
Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

25 Avqust 2026 / 22:19
14
Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.