F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Rafiq Yusifoğlu ilə məktəblilərin görüşü keçirilib.
Avropa.info xəbər verir ki, 24 aprel 2025-ci il tarixində şair, ədəbiyyatşünas, Azərbaycan F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görkəmli Respublikasının Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor, “Göyərçin” jurnalının baş redaktoru, filologiya elmləri doktoru Rafiq Yusifoğlu ilə Xırdalan şəhər 10 saylı tam orta məktəbin şagirdləri arasında görüş təşkil olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova Rafiq Yusifoğlunun zəngin həyat və yaradıcılıq yolu haqqında məktəblilərə ətraflı məlumat verib.
Görüş zamanı məktəblilər Rafiq Yusifoğlunun müxtəlif illərdə qələmə aldığı şeirləri səsləndirib, müəllifin yaradıcılığına aid suallar ünvanlayıblar.
Sonda Rafiq Yusifoğlu məktəbliləri maraqlandıran sualları cavablandırıb, “Göyərçin” jurnalının yeni nömrəsini hədiyyə edib. Tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib