Bakıda həkim inzibati qaydada həbs edilib.
Avropa.info-nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Qaradağ rayonu 20 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyən 1998-ci il təvəllüdlü E.Babayev xuliqanlıq əməli ilə bağlı polis tərəfindən saxlanılıb.
Onun hərəkətləri şübhə doğurduğundan müayinəyə göndərilib.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində ambulator məcburi n*rkoloji tibbi yoxlamadan keçirilən həkimdən götürülən nümunədə THC (+) aşkar olunub. Həmçinin rəydə həkimdə n*rkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, n*rkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilib.
E.Babayev barəsində inzibati protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Saxlanılan şəxs ifadəsində n*rkotik vasitə olan m*rixuanadan 31 dekabr 2024-cü il tarixdə istifadə etdiyini deyib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həkim-terapevtə 1 ay inzibati həbs cəzası verilib