Dünya

Zelenski:Bunun baş verməsi üçün məhsuldar işləməyə davam edəcəyik

9 İyul 2026, 07:5317
Reklam728x90
Reklam320x100

ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə yaxşı görüş oldu. İnsan həyatlarını daha yaxşı qorumaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə göstərilən vacib diqqətə görə minnətdaram.

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

“Prezident Trampla mövqeyimizi gücləndirə və sülhü yaxınlaşdıra biləcək bir neçə ideyanı müzakirə etdik. Komandalarımızın bu gün müzakirə olunanları tez bir zamanda tədqiq edəcəyini gözləyirəm. Biz, həmçinin diplomatiyadan da danışdıq, elə etməyə çalışırıq ki, o, işləsin. Bunun baş verməsi üçün məhsuldar işləməyə davam edəcəyik”, – deyə Zelenski qeyd edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600