Siyasət

Mirzoyan:”​Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”

1 Sentyabr 2026, 00:2614
Reklam728x90
Reklam320x100

Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq.

Avropa.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.

“Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”,- Mirzoyan bildirib.

Qeyd edək ki, o, bu sözləri hazırda yalnız İrəvanın Bakıdan məhsul aldığı barədə fikirlərə cavab olaraq söyləyib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600