Dünya

“Zelenski Ukraynaya deportasiya edilənləri dərhal məzara göndərəcək”-Zaxarova

21 Dekabr 2024, 08:585
Reklam728x90
Reklam320x100

Finlandiya hakimiyyəti ukraynalıların ölkələrinə deportasiyasına icazə verərək, onları “məzara” göndərir.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında yazıb.

Diplomat qeyd edib ki, Finlandiya yaşayış icazəsi və ya sığınacaq verilməmiş ukraynalıların, habelə cinayət törətmiş şəxslərin deportasiyasına yenidən icazə verib.

Onun sözlərinə görə, “Migri” miqrasiya xidməti bəyan edib ki, Ukraynada təhlükəsiz regionlar var.

 

“Fantastik alçaqlıq. Axı onlar başa düşməlidirlər ki, Zelenski Ukraynaya deportasiya edilənləri dərhal məzara göndərəcək”, – diplomat qeyd edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600