Siyasət

Zelenski Nəriman Cəlalovu Türkiyəyə səfir təyin etdi

15 May 2025, 08:1114
Reklam728x90
Reklam320x100

 

Ukrayna Prezidenti Volodimir Zelenski Krım Tatar Xalq Məclisinin sədrinin müavini Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib.

Avropa.info xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.

Qeyd edək ki, N. Cəlalov eyni zamanda jurnalist və hüquq müdafiəçisidir. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.

2021-ci ilin sentyabrında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təxribat ittihamı ilə saxlanılıb. 2024-cü ilin iyununda əsir mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600