Gündəm

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

1 İyul 2025, 09:0131
Reklam728x90
Reklam320x100

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib.

Avropa.info “Report”un Qarabağ Bürosuna  istinadən xəbər verir ki, mərhumların cənazəsi səhər saatlarında Ağcabədi şəhəri Xəlfələddin küçəsində yaşayan qardaşının evinə gətirili

Vida mərasimindən sonra mərhumlar valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbristanlığında torpağa tapşırılacaqlar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600