Yaponiyanın paytaxtı Tokioya təsir edən şiddətli yağışlar səbəbiylə qatar səfərləri ləğv edilən 140 mindən çox insan zərər çəkib.
Avropa.info xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Tokioda güclü yağış gündəlik həyata mənfi təsir edib.
Dəmiryol operatorları açıqlamalarında Tokioda güclü yağışlar səbəbindən bəzi qatarların hərəkətinin ləğv edildiyini bildiriblər.
Açıqlamada, ləğv edilən qatar xidmətlərinin 140 mindən çox insana təsir etdiyi bildirilib.
Yaponiya Meteorologiya Agentliyi (JMA) güclü yağışlar səbəbiylə paytaxt Tokionun cənubundakı vulkanik Niijima adası üçün ən yüksək səviyyəli sürüşmə xəbərdarlığı edib.
Ada bölgəsində baş verə biləcək sürüşmələrə qarşı “ən yüksək səviyyəli xəbərdarlıq” tələb edilən açıqlamada paytaxt və ətraf Saitama və Çiba əyalətlərində leysan yağışların təsirlərinin həftə ərzində də davam edə biləcəyi ifadə edildi.






























