Siyasət

Üç ölkə Cənubi Qafqazda Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi

29 May 2025, 08:20107
Reklam728x90
Reklam320x100

Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşünün nəticələrini bir neçə kontekstdə qiymətləndirmək olar:

– Üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi;

– Eyni birlik mesajı Laçından Cənubi Asiya regionuna da ünvanlanıb: Hindistanın Pakistana hücumuna toxunan Əliyev də, Ərdoğan da atəşkəsin əldə edilməsini, eyni zamanda, münaqişənin (Kəşmir) sülh yolu və BMT-nin qətnamələrinə uyğun həllini dəstəklədi: hər iki lider birbaşa Hindistanı hədəfə almasa da, BMT qətnamələri və həmrəylik mesajı ilə Pakistana dəstəyi bir daha ifadə etdi;

– Hindistanın hücumundan sonra cəbhəsini gücləndirmək məqsədilə regional turneyə çıxan Şərif Yeni Dehliyə İstanbuldan sonra Laçından da “əzələ nümayişi” sərgilədi;

– Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində “Üç Qardaş Alyansı”nın qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gələn (daha çox qeyri-rəsmi formada) üçtərəfli hərbi ittifaq perspektivlərinin isə artdığı qənaətini möhkəmləndirdi;

Türkiyə-Azərbaycan-Pakistan strateji əlaqələrini formalaşmaqda olan çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı, həm də həlledici “Orta güc” kimi qiymətləndirmək olar. Laçın Zirvəsində bu gücün perspektivləri bir qədər də gücləndirildi

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600