Siyasət

Tramp Amerikanı axmaqlar ölkəsi adlandirib

1 Noyabr 2024, 10:426
Reklam728x90
Reklam320x100

ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp, məşhur teleaparıcı Taker Karlsona verdiyi müsahibədə hazırkı administrasiyanı kəskin şəkildə tənqid edib. 

Avropa.info xəbər verir ki, o, ABŞ-ı “axmaqlar ölkəsi” adlandıraraq, onu idarə edənlərin də “axmaq” olduğunu bildirib.

Tramp daha sonra prezident Co Baydenin siyasətini sərt ifadələrlə tənqid edib. Baydeni “axmaq əclaf” adlandıran Tramp, onun ölkəni məhvə sürüklədiyini söyləyib.

Xatırladaq ki, ABŞ-də  prezident seçkiləri 5 noyabrda keçiriləcək. Seçkidə Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından isə Kamala Harris namizəd kimi iştirak edəcək. ABŞ-ın siyasi analitikləri hər iki namizədin qələbə şanslarının bərabər olduğunu vurğulayır

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600