Gündəm

“Təyyarə qəzasında həlak olanlardan 4 nəfərin nəşi Bakıya gətiriləcək” – Adil Abdullayev

26 Dekabr 2024, 20:2818
Reklam728x90
Reklam320x100

Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarından 4 nəfərin nəşi bu gün AZAL təyyarəsi ilə Bakıya gətiriləcək.

Avropa .info xəbər verir ki, bunu bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Fövqalədə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev bildirib.

“Digər şəxslərin nəşinin gətirilməsi üçün dövlətin aidiyyəti strukturları tərəfindən işlər aparılır”, – o əlavə edib.

Qeyd edək ki, daha öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

 

Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600