16 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Fevral 5, 2026
Manşet, Siyasət
A A

Nəhayət, Bakıda keçirilən tarixi məhkəmə prosesi  – insanlıq əleyhinə və müharibə cinayətlərində ittiham olunan erməni seperatçılarının mühakimə olunduğu proses həmin şəxslərin 4-nün azadlıqdan ömürlük, 65 yaşını keçmiş 2-nin isə 20 il müddətinə məhrum edilməsi ilə başa çatdı. Cəza ağırdır, lakin həmin şəxslərin törətdikləri cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olan, ədalətli və layiqlidir.

Ermənistan Respublikasının vətəndaşları olan bu şəxslərin – A.Harutyunyan, A.Qukasyan, B.Saakyan, D.İşxanyan, D.Babayan, L.Mnatsakanyan və başqalarının Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri ağır cinayət əməlləri öz xarakterinə və beynəlxalq hüquqa görə beynəlxalq cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu cinayət əməlləri insanlıq əleyhinə və müharibə cinayətləri kimi qiymətləndirilir.

Cinayət hüququnda cəza təyinini bir sıra prinsiplərə əsaslanır. Həmin prinsiplərindən biri cinayətə görə cəzanın labüdlüyü prinsipidir. Bu prinsipə  görə konkret cinayət cəzasız qalmamalıdır. Cinayət əməlini törətməkdə təqsiri məhkəmə tərəfindən sübuta yetirilmiş hər bir şəxs qanunla nəzərdə tutulmuş hüquqi məsuliyyətə cəlb olunmalıdır, Cinayətkarın cəzalandırılması sosial ədalətin  bərpasıdır. Cəza təyininin digər prinsipi cəzanın fərdiləşdirilməsidir. Bu prinsipə görə cəza şəxsin törətdiyi konkret əməllərə görə fərdi olaraq təyin olunur.

Yuxarıda adları göstərilən şəxslərə də cəza Azərbaycan ərazilərinin işğal olunmasında, soyqırım və ekosid kimi konkret cinayətlərinin törədilməsində, mülki əhalinin yaşadığı yerlərdən qovulmasında, kütləvi şəkildə öldürülməsində və sair bu kimi əməllərin törədilməsində bilavasitə iştirak etdiklərinə görə təyin olunub. Təxminən bir il davam edən məhkəmə prosesində onların hər birinin əməlləri açıq məhkəmə iclasında araşdırılan konkret hüquqi sübutlarla – şahid və zərərçəkmişlərin ifadələri, foto və video materillarla, digər dəlillərlə  sübuta yetirilib. Həmin şəxslər məhkəmə prosesində verdikləri sərbəst ifadələrində də ittiham olunduqları cinayətləri törətdiklərini müxtəlif formalarda etiraf ediblər.

Beynəlxalq cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsi həm beynəlxalq birlik və həm də bu cinayətlərə görə zərər çəkmiş dövlət tərəfindən təmin oluna bilər. Beynəlxalq birlik tərəfindən mühakimə olunmaya ikinci dünya müharibəsindən sonra faşist Almaniyasının və Yaponiyanın bəzi rəhbərlərinin törətdikləri müharibə cinayətlərinin, keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı törədilən soyqırımın, insanlığa qarşı cinayətlərin və müharibə cinayətlərinin, 1994-cü ildə Ruandada münaqişə zamanı  törədilən soyqırım cinayətlərinin araşdırılması məqsədilə xüsusi hərbi tribunalların yaradılmasını və təqsirli hesab olunan şəxslərin cəzalandırılmasını örnək kimi göstərmək olar. İsrail təcrübəsində isə beynəlxalq cinayətləri törətmiş şəxslərin mühakiməsi bu cinayətlərə görə zərər çəkmiş dövlət tərəfindən təmin olunub.

Təəssüf ki, bir sıra hallarda olduğu, Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş beynəlxalq cinayətlər beynəlxalq birliyin diqqətindən kənarda qaldı, müxtəlif, daha çox siyasi səbəblərdən beynəlxalq mexanizmlər işə düşmədi. Əvəzində 1992-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsini azad etməsi məşhur 907-ci düzəlişlə” mükafatlandırıldı. Təxminən 30 ildən sonra  Azərbaycan öz gücünə Türkiyə və Pakistanın siyasi dəstəyi ilə ərazilərini işğaldan azad etdi və suverenliyini bərpa etdi. İşğal dövründə ölkəmizə qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin bir hissəsinin həbs edilməsinə və onların mühakiməsinə nail oldu.

İşğal dövründə Azərbaycan ərazisində insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin bir qrupunun həbsi, məhkəmə qarşısına çıxarıldı və mühakimə olunması ilə əlaqədar bir sıra xarici dairələrdən Azərbaycana qarşı çoxsaylı güclü siyasi təzyiqlər edilməsi də qeyd olunmalıdır. Avropa İttifaqının, Avropa Şurasının, Fransanın, bəzi digər dövlətlərin təzyiqlərini xatırlamaq kifayətdir. Lakin Müzəffər Ali Baş komandanımız, Prezident İlham Əliyevin qəti və birmənalı iradə ortaya qoyması nəticəsində Azərbaycan bu təzyiqlərin qarşısında geri çəkilmədi, qanunun aliliyini üstün tutaraq ədalət mühakiməsini tam başa çatdırdı.

Məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpasına işğal dövründə Azərbaycan xalqına və dövlətinə qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin həbsinə, mühakimə olunması və cəzalandırılmasına nail olmaq öz-özlüyündə ədalətin bərpa olunması kimi dəyərləndirilməlidir.

Bu ədalətli mühakimə prosesi belə bir həqiqəti də bir daha təsdiq etdi ki, Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər təkcə adları çəkilən şəxslər tərəfindən deyil, həm də rus ordusunun yaxından köməkliyi və bilavasitə iştirakı ilə Ermənistan dövləti və onun silahlı qüvvələri tərəfindən törədilib. Seperatçı qondarma rejimin “özünümüdafiə qüvvələri”  kimi qələmə verilən hərbi birləşmələr əslində Ermənistan ordusunun hərbi hissələri olub. Bütövlükdə seperatçı qondarma rejim Ermənistan tərəfindən yaradılıb və Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən idarə olunub.  Azərbaycan ərazilərinin işğalı məhz Ermənistan tərəfindən planlaşdırılıb. Ermənistan Azərbaycana qarşı işğal siyasətininin Qarabağda əsas icarçıları seperatçı qondarma rejimin rəhbər şəxsləri olublar.  Ona görə də Azərbaycan xalqına və dövlətinə qarşı törədilən cinayətlərə görə Ermənistanın o zamankı hərbi siyasi rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır.

Qulamhüseyn Əlibəyli,
Sabiq millət vəkili, BDU-nun Konstitusiya
hüququ kafedrasının baş muəllimi

 

 

Əvvəlki Yazı

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

Növbəti Yazı

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

XƏBƏR LENTİ

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

16 Mart 2026 / 23:39
1
“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın   kitab təqdimatı keçirilib-Foto

“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın  kitab təqdimatı keçirilib-Foto

16 Mart 2026 / 14:46
6
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

16 Mart 2026 / 14:27
5
Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

16 Mart 2026 / 14:22
5
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

16 Mart 2026 / 14:15
5
Reklamlarda dil eroziyası və kimlik problemi

Reklamlarda dil eroziyası və kimlik problemi

16 Mart 2026 / 13:16
9
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

16 Mart 2026 / 12:39
4
Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

16 Mart 2026 / 10:19
44
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

16 Mart 2026 / 10:08
107
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
20
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
25
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
30
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
24
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
8
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
11
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
28
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
22
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
19
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
27
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
26
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
17
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
28
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
38
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
123
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
45
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
9
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
32
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
8
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
10
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.