23 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Sumqayıt Dövlət Universitetində Azərbaycana qayıdış” mövzusunda konfrans keçirilib

Aprel 10, 2025
Ölkə
A A

Aprelin 9-da Sumqayıt Dövlət Universitetində (SDU) “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm xadimləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak edib.

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən Əminağa Sadıqov açılış nitqində konfransın SDU-da keçirilməsini önəmli qiymətləndirərək tədbirin Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çərçivəsində “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına öz töhfəsini verəcəyini bildirib. Universitetlərin əsas vəzifəsinin yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu söyləyən Əminağa Sadıqov əlavə edib ki, ali məktəblər bununla yanaşı ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etməli, tələbələrin yetkin şəxsiyyət, vətənpərvər ruhda formalaşmalarında rol oynamalıdırlar.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı Qərbi Azərbaycana qayıdacağımıza əmin olduğunu, Vətənimizi qorumaq üçün güclü və bilikli olmağın önəm daşıdığını vurğulayıb. Son dövrlərə qədər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların tarixi, həyatı, mənşəyi, məişəti, taleyinin hərtərəfli tədqiq edilmədiyini diqqətə çatdıran nazir müavini bildirib ki, Ermənistanın tarixi abidələri və toponimləri azərbaycanlıların min illər boyu bu ərazinin əsas sakinləri olduğunu sübut edir.

Nazir müavininin sözlərinə görə, hər bir ölkənin gələcəyi bu günün ayrılmaz elementi olan, ölkənin gələcəyi üçün məsuliyyət daşıyan gənc nəsildir. Ali təhsil müəssisələrində təhsil alan müasir gənclər yaxın gələcəkdə cəmiyyətin siyasi, iqtisadi və elmi elitasının əsasını təşkil edəcəklər. Müasir dövrümüzün ən mühüm vəzifələrindən biri Vətən, ana torpaq, ana yurd anlayışlarının formalaşdırılmasıdır. Firudin Qurbanov nəzərə çatdırıb ki, hazırda təhsilalanlara Qərbi Azərbaycan haqqında məlumatlar verilir, bu mövzuda tədbirlər, olimpiada keçirilir. Məqsəd odur ki, hər bir vətənpərvər gənc keşməkeşli dövrün hadisələrinə sadəcə müşahidəçi kimi qalmasın, öz vətəninin – Qərbi Azərbaycanın yenidən Azərbaycana qaytarılması uğurunda fədaiyə çevrilsin.

Milli Məclisin deputatı Mehriban Vəliyeva ölkə üçün əhəmiyyətli sayılan ideoloji işlərdə gənclərin öndə olmasını, onların bu işlərə yeni dəyər qatmalı olduqlarını önə çəkərək konfransın əsas məramının gənclərlə birgə tariximizə varmaq olduğunu qeyd edib.

Milli Məclisin Səhiyyə komitəsinin və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov konfransda gənclərin çoxluq təşkil etməsini son dərəcə əhəmiyyətli sayıb və əlavə edib ki, gənclərin canları-qanları hesabına azad etdikləri torpaqlarımızda hazırda quruculuq işləri gedir, məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışı zamanı hazırda SDU-da 7-8 min nəfər tələbənin təhsil alması məsələsinə toxunaraq Sumqayıt Dövlət Universiteti üçün əlavə korpus tikilməli olduğunu diqqətə çatdırıb, Sumqayıt gənclərinin çox savadlı və intellektli olmasını qeyd edərək onlarla fəxr etdiyini söyləyib.

Digər çıxış edənlər Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsində gənclərin öhdəsinə daha çox işlərin düşdüyünü önə çəkiblər.

Konfransın plenar hissəsində spikerlər – Milli Məclisin deputatları Əziz Ələkbərli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı gənclərin suallarını cavablandıraraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.

 





Əvvəlki Yazı

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında – VİDEO

Növbəti Yazı

Fiziki məhdudiyyətli uşaqlarla “Beynəlxalq Cizgi Filmləri Günü” qeyd edilib

XƏBƏR LENTİ

Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

Almaniya kansleri Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib

22 İyul 2026 / 19:04
4
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Trampdan İrana “Hörmüz boğazı” təhdidi

22 İyul 2026 / 17:48
3
İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

İran mətbuatı: ABŞ Hörmüz boğazındakı Lark adasına hücum edib

22 İyul 2026 / 17:44
1
Prezident İlham Əliyev Gürcüstanla bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev 3 qrumu ləğv etdi , 1 qrum yaratdi

22 İyul 2026 / 17:16
1
Ahbap cinayət təşkilatının istintaqında yeni faktlar

Ahbap cinayət təşkilatının istintaqında yeni faktlar

22 İyul 2026 / 16:58
1
Tarif Şurası bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib

Tarif Şurası bir sıra dərman vasitələri üzrə qiymətləri müəyyənləşdirib

22 İyul 2026 / 16:07
2
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

22 İyul 2026 / 15:58
17
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

22 İyul 2026 / 15:53
7
Prezident İlham Əliyev:”Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər”

Azərbaycan və Sudan diplomatik pasportlar üçün vizanı ləğv etdi

22 İyul 2026 / 15:39
1
Çin və Rusiyanın Ukrayna məsələsində mövqeləri necə uzlaşır?

Lavrov:”Rusiya İranı silahla təmin etmir”

22 İyul 2026 / 13:42
2
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub

22 İyul 2026 / 13:03
2
Arzum(İlduzə Hacıyeva) ev dustaqlığına buraxıldı

Arzum(İlduzə Hacıyeva) ev dustaqlığına buraxıldı

22 İyul 2026 / 12:52
2
Hikmət Hacıyev: “44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi göstərdi”

Hikmət Hacıyev: “44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi göstərdi”

22 İyul 2026 / 12:43
5
Fransa 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə daxil olmasını qadağan edir

Fransa 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə daxil olmasını qadağan edir

22 İyul 2026 / 12:26
16
Türkiyədə təlim helikopteri qəzaya uğrayıb

Türkiyədə təlim helikopteri qəzaya uğrayıb

22 İyul 2026 / 12:16
5
Türkiyədə narkotik tacirlərinə paylanacaq narkotiklər ələ keçirildi

Türkiyədə narkotik tacirlərinə paylanacaq narkotiklər ələ keçirildi

22 İyul 2026 / 12:04
4
Baş Nazir Əli Əsədov yeni qərar imzaladı

Baş Nazir Əli Əsədov yeni qərar imzaladı

22 İyul 2026 / 11:39
8
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə basladi

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə basladi

22 İyul 2026 / 11:26
13
Güclü YANĞIN: Pəncərədə kömək gözləyən şəxslər son anda xilas edildi – VİDEO

Güclü YANĞIN: Pəncərədə kömək gözləyən şəxslər son anda xilas edildi – VİDEO

22 İyul 2026 / 11:06
9
Prezident İlham Əliyevin Almaniya səfəri dünya mediasının diqqət mərkəzində

Prezident İlham Əliyevin Almaniya səfəri dünya mediasının diqqət mərkəzində

22 İyul 2026 / 10:48
12
Tramp Canni İnfantinonun BMT-nin baş katibi olmağını istəyir

Tramp Canni İnfantinonun BMT-nin baş katibi olmağını istəyir

22 İyul 2026 / 10:04
6
Nigar Rüstəmliyə yeni vəzifə verildi

Nigar Rüstəmliyə yeni vəzifə verildi

22 İyul 2026 / 9:46
10
Əməkdar artist Elnarə Abdullayevaya ağır itki -Foto

Əməkdar artist Elnarə Abdullayevaya ağır itki -Foto

22 İyul 2026 / 9:35
2
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

WSJ:Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstəyini nəzərdə tutan sazişi təsdiqləyib

22 İyul 2026 / 9:26
6
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat edib

Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat edib

22 İyul 2026 / 9:21
12
Rusiyanın Zaporojye AES-lə bağlı planları baş tutmadı

Rusiyanın Zaporojye AES-lə bağlı planları baş tutmadı

22 İyul 2026 / 9:15
11
Tofiq Zülfüqarov:”Ermənistan niyə əmlakımızı qaytarmır”

Tofiq Zülfüqarov:”Ermənistan niyə əmlakımızı qaytarmır”

22 İyul 2026 / 9:08
16
Volodimir Zelenski Generalı Baş Komandan təyin etdi

Volodimir Zelenski Generalı Baş Komandan təyin etdi

22 İyul 2026 / 8:55
4
Həbsxanaya narkotik keçirən Pisik yaxalandi

Həbsxanaya narkotik keçirən Pisik yaxalandi

22 İyul 2026 / 8:43
8
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

FHN:Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

22 İyul 2026 / 8:18
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.