16 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Yanvar 30, 2026
Cəmiyyət, Manşet
A A

Son dövrlərdə qida məhsullarının rənginin dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar gündəmə gəlib. 

Sosial şəbəkələrdə yayılan videolarda bəzi meyvə və tərəvəzlərin üzərinə süni rəng maddələrinin vurulduğu, salfetka ilə silindikdə rəngin çıxdığı iddia olunur.

Xüsusilə portağal kimi sitrus meyvələrinin daha parlaq və cəlbedici görünməsi üçün boyanması ilə bağlı görüntülər ictimaiyyətdə narahatlıq yaradıb.

Oxşar vəziyyət vətəndaşların gündəlik alış-veriş zamanı da müşahidə olunur. Belə ki, bəzi vətəndaşlar aldıqları çuğunduru doğrayarkən əllərinə keçən qırmızı rəngin əvvəlki illərlə müqayisədə daha tez yuyulub getdiyini bildirirlər.

Halbuki əvvəllər çuğundur ləkəsinin əldən çıxmasının çətin olduğu yadda qalıb ki, bu da məhsulun təbii rəngi ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı rəsmi qurumların açıqlamaları isə narahatlıqları daha da artırır. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi son tədbirlərdən birində kələm turşusuna qırmızı rəng maddəsi vurulduğu faktının aşkarlanması bu cür halların mövcud olduğunu göstərir.

Süni rənglərin insan sağlamlığına hansı mənfi təsirləri var? Alıcılar satış yerində, məhsulun süni şəkildə rənglənmiş olub-olmadığını hansı əlamətlərə əsasən müəyyən edə bilərlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, meyvə və tərəvəzlərin rəngi həm dad, həm də keyfiyyət barədə bir çox məlumat verir:

 

“Bəzən məhsullar təbii olmayan üsullarla daha parlaq və cazibədar göstərilə bilər. Vətəndaşlar məhsulların təbii olduğunu yoxlamaq üçün bir neçə üsuldan istifadə edə bilər. Salfetka və ya yaş parça testi bu baxımdan ən sadə üsullardandır.  Meyvəni (xüsusilə portağal, mandarin, alma) ağ salfetka ilə siləndə sarı, narıncı və ya qırmızı rəng salfetkaya keçirsə, bu süni rəng ehtimalını artırır. 

Təbii meyvələrdə bu hal olmur. Qeyri-təbii, həddindən artıq parlaq rəng də diqqətçəkən əlamətlərdəndir. Rəng çox bərabər və parlaqdırsa, ləkə, kölgə fərqləri yoxdursa, boyalı ola bilər. Həmçinin meyvənin ələ tez rəng verməsi də şübhə yarada bilər. Çuğundur, nar, giləmeyvə kimi məhsullar yüngül toxunuşla belə əli güclü boyayırsa, amma yuyulduqda rəng tez itirsə bu, təbii piqmentdən çox əlavə rəngləmə ehtimalını düşündürür. 

Çuğundurda rəngin zəifliyi də ayrıca qeyd olunmalıdır. Təbii çuğundur bişdikdə və ya doğrandıqda güclü tünd qırmızı rəng verir. Son illər bəzi çuğundurların rənginin açıqlığı torpağın münbit olmaması, sürətli böyümə, erkən yığım, bəzi hallarda isə emal və seleksiya faktorları ilə bağlı ola bilər. Bu, mütləq saxtakarlıq demək deyil, amma keyfiyyət göstəricisidir”.

Onun sözlərinə görə, turşu və emal olunmuş məhsullarda da oxşar hallar müşahidə olunur:

“Kələm turşusu kimi məhsullarda təbii olmayan çəhrayı və ya qırmızı rəng qida boyası əlavə olunduğu üçün ola bilər. Süni rənglərin sağlamlığa mümkün mənfi təsirləri də az deyil. Allergik reaksiyalar, uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu, həzm sisteminə təsir  mədə ağrısı, ürəkbulanma, bağırsaq florasının pozulması mümkündür. Qaraciyər və böyrəklərə yük yarada bilər, uzun müddətli istifadədə hormonal balansı poza bilər. Hamilələr və uşaqlar üçün risk xüsusilə yüksəkdir”.

Ekspert tövsiyə edib ki, mövsümündə məhsul almağa üstünlük verin:

“Vətəndaşlar həddindən artıq parlaq və “ideal görünən” meyvələrdən çəkinməlidir. Açıq satılan, mənşəyi bilinməyən məhsullara diqqətli yanaşmaq lazımdır. Meyvə və tərəvizlər evdə mütləq yaxşı yuyulmalı, lazım gəldikdə qabığı soyulmalıdır.

Şübhəli halları AQTA-nın “1003” qaynar xəttinə bildirmək lazımdır. Təbii məhsul həmişə bir az “qüsurlu” görünür, amma daha təhlükəsizdir. Parlaqlıq və rəng göz oxşayır, sağlamlıq isə daha önəmlidir”.

Əvvəlki Yazı

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Növbəti Yazı

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

XƏBƏR LENTİ

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

16 Mart 2026 / 23:39
1
“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın   kitab təqdimatı keçirilib-Foto

“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın  kitab təqdimatı keçirilib-Foto

16 Mart 2026 / 14:46
6
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

16 Mart 2026 / 14:27
5
Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

16 Mart 2026 / 14:22
5
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

16 Mart 2026 / 14:15
5
Reklamlarda dil eroziyası və kimlik problemi

Reklamlarda dil eroziyası və kimlik problemi

16 Mart 2026 / 13:16
9
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

16 Mart 2026 / 12:39
4
Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

16 Mart 2026 / 10:19
44
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

16 Mart 2026 / 10:08
107
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
20
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
25
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
30
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
24
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
8
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
11
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
28
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
22
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
19
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
27
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
26
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
17
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
28
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
38
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
123
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
45
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
9
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
32
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
8
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
10
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.