Gündəm

Rusiyada Azərbaycanlı ailəni cərimələyib ölkədən qovdular

30 Noyabr 2024, 10:2118
Reklam728x90
Reklam320x100

Rusiya Daxili İşlər Nazirliyinin Kazan vilayəti üzrə idarəsinin əməkdaşları növbəti sənədlərin yoxlanılması zamanı iki Azərbaycan Respublikası vətəndaşını – qadın və onun oğlunu saxlayıblar.

Avropa.info-nun yerli mediaya istinadla xəbərinə görə, məlum olub ki, onların ölkədə qalmaq hüququnu təsdiq edən bütün lazımi sənədləri olmayıb. Bu pozuntu məhkəmə prosesi üçün əsas olub.

Məhkəmədə məlum olub ki, onların yaşayış icazəsi, etibarlı patent və ya iş icazəsi yoxdur. Hər iki təqsirləndirilən şəxs cərimələnib, məhkəmə həmçinin ailənin – qadının, oğlunun və azyaşlı qız nəvəsinin Rusiya Federasiyasından inzibati qaydada çıxarılmasına qərar verib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600