Ölkə

Qubadlıda evlərin inşası narazılıq yaratdı – Şirkətdən açıqlama

21 Sentyabr 2024, 08:587
Reklam728x90
Reklam320x100

Qubadlı rayonunun Mahruzlu kəndində evlərin yerdən məsafə qoyulmadan, kürsüsüz inşa edilməsilə bağlı görüntülər yayılıb. Bəzi ekspertlər həmin evlərin sel təhlükəsi ilə üz-üzə qalacağını iddia edirlər.

Avropa.info xəbər verir ki,Mahruzlu kəndindəki evlərin inşasını həyata keçirən “Amal Group”dan Axar.az-a verilən açıqlamada tikintinin qanunvericiliyin tələbinə uyğun aparıldığı deyilib.

“Tikinti-quraşdırma işləri qanunvericiliyin tələblərinə uyğun, təsdiq edilmiş layihə sənədləri əsasında, ciddi dövlət nəzarəti tədbirlərinin müşayiəti ilə həyata keçirilir”, – şirkətdən bildirilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600