Gündəm

Qəzaya uğrayan təyyarədən daha bir “qara qutu”tapildi

26 Dekabr 2024, 19:5912
Reklam728x90
Reklam320x100

Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən daha bir qara qutu tapıb.

Avropa .info xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.

“Hadisə yerinə baxış zamanı 2 ədəd registrator aşkar edilib və onlar Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Sonradan onlara tam şəkildə baxılacaq”, – Ordabayev bildirib.

O, təyyarənin qəzaya uğradığı yerdə aparılan işlərdən də danışıb:

“Biz zərərçəkənləri və yerüstü xidmət işçilərini dindirdik. Bütün şahidləri də müəyyən edirik. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. Ərazi polis qüvvələri tərəfindən qorunur”.

Xatırladaq ki, ötən gün Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov AZAL-a məxsus təyyarənin qara qutusunun tapıldığını açıqlamışdı:

“Qara qutu tapılıb və maddi sübut kimi istintaqın işinə daxil edilib. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib”, – Suleymenov brifinqdə demişdi

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600