Gündəm

Qəzada xəsarət alanlarin 11-nin vəziyyəti ağırdır

25 Dekabr 2024, 19:3215
Reklam728x90
Reklam320x100

 

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 11 nəfərin vəziyyəti ağırdır.

Avropa .info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda Manqistau vilayətinin səhiyyə departamenti məlumat yayıb.

“Ümumilikdə 29 zərərçəkən var: onlardan 27-si çoxsahəli rayon xəstəxanasına çatdırılıb. 27 nəfərdən 11-i ağır vəziyyətdə reanimasiyadadır. 11 və 16 yaşlı iki uşaq uşaq xəstəxanasına yerləşdirilib və əməliyyata hazırlanır”, – idarədən bildirilib.

Həkimlərin sözlərinə görə, uşaqlar qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sınıq və əzilmiş xəsarətlərlə, travmatik şok vəziyyətində daxil olublar.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600