21 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir

Dekabr 21, 2024
Manşet
A A

 

 

Son illərdə beynəlxalq aləmdə baş verən kataklizmlər, müharibələr və münaqişələr dövlətlərin, xalqların taleyində liderlərin nə dərəcədə mühüm rol oynadığını bir daha isbatlamış oldu. Azərbaycan çox azsaylı dövlətlərdən biridir ki, belə gərgin bir zamanda müdrik, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, dəmir iradəsi, diplomatik zəkası müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır.

 

Avropa.info “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Dekabrın 24-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 63 yaşı tamam olur. Dövlət başçısı prezidentlik institutuna rəhbərlik etdiyi ilk andan ölkəsinin, xalqının milli mənafeyi, maraqları uğrunda yorulmadan, usanmadan fəaliyyət göstərir. Prezident kimi xalqın ona göstərdiyi böyük etimadı əməli fəaliyyəti və qərarları ilə daim doğruldur. Bu fəaliyyət özünü Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın əldə etdiyi böyük uğurlarda, imza atdığı yeniliklərdə, sahib olduğu dəyərlərdə göstərir.

Müzəffər Ali Baş Komandan

İlham Əliyev bu gün qalib xalqın, qalib dövlətin rəhbəridir. Lakin bu zəfərin memarı, müəllifi elə Müzəffər Ali Baş Komandan kimi özüdür. Məhz Azərbaycan xalqının ona olan sarsılmaz inamı, sevgisi və etimadı 30 illik işğala son qoymaq üçün çıxdığımız yolda ən böyük ilham qaynağımız olub. Dövlət başçısının 2003-cü ildən etibarən işğal edilmiş ərazilərimizin azad olunması istiqamətində yorulmaz və gərgin fəaliyyəti Zəfərimizi şərtləndirən amillərin yetişməsinin başlıca şərtidir: güclü iqtisadiyyat, müasir, peşəkar, vətənpərvər Silahlı Qüvvələr, beynəlxalq aləmin dəstəyi, xalq-iqtidar birliyi, sabit ictimai-siyasi vəziyyət… İşğala son qoyaraq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda qürurla dalğalandırmaqla Prezident İlham Əliyev Azərbaycan xalqı, dövləti qarşısında verdiyi sözləri ən yüksək səviyyədə yerinə yetirdi. Bununla da qalib rəhbər kimi əbədi olaraq adını Azərbaycan xalqının yaddaşına, tarixinə yazdırdı.

Xatirələrdə unudulmaz izlər buraxan səfərlər

Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü, müstəqil siyasət yürüdən dövlətidir. Dünyada sözünə etimad göstərilən, təşəbbüsləri dəstəklənən ölkəmiz yaralarını öz imkanları hesabına sağaldır. İşğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq, bərpa işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlər üçün layiqli həyat şəraitinin yaradılması istiqamətində addımlar atılır. Bu işlərin hər biri Prezident İlham Əliyevin şəxsi nəzarəti, rəhbərliyi ilə həyata keçirilir. Azərbaycan Prezidentinin işğaldan azad edilən rayonlara hər bir səfəri, sakinlərlə görüşləri onların xatirəsində unudulmaz izlər buraxır.

Dövlət başçısına olan beynəlxalq inam

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tək regional deyil, dünyanı narahat edən qlobal problemlərin həllində də müstəsna rol oynayır. Pandemiya zamanı BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatına sədrliyin dövlətimizə həvalə edilməsi həm də Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə olan beynəlxalq inamın təzahürü idi. Dövlət başçısının dünya üçün ən çətin zamanlarda təşkilatın sədri olaraq qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər, Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində çoxsaylı dövlətlərə yardım əlini uzatması bu inamın heç də təsadüfi olmadığını bir daha isbatladı.

Dünyanın problemlərinin həll edildiyi məkan

2024-cü il Azərbaycan adı dünyaya bir daha səs saldı. Ölkəmiz yenidən yekdil qərarla bəşəriyyət üçün ən ciddi problem sayılan iqlim dəyişmələri ilə mübarizə məsələsində etimad göstərilən, üz tutulan ünvan oldu. Bakı qısa müddətdə miqyasına görə dünyanın ən böyük və uzunmüddətli tədbiri sayılan COP29-a peşəkar səviyyədə hazırlaşaraq uğurla ev sahibliyi etdi. 70 mindən çox xarici qonağın, prezidentlərin, dövlət rəsmilərinin qatıldığı bu tədbir Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan adını dünyaya duyurdu. Dövlət başçısının təşəbbüsləri, gərgin əməyi və diplomatik səyləri nəticəsində COP29 mühüm qərarların qəbul edildiyi bir tədbir olaraq COP-lar tarixinə ən uğurlu konfrans kimi düşdü.

Qalib Azərbaycan İlham Əliyevin əsəridir

Bu gün Azərbaycan qalib dövlət olmaqla yanaşı, həm də özünün unikallığı ilə seçilən, dünyanın müxtəlif güc mərkəzləri ilə bərabər hüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qurmağı bacaran, müstəqil siyasət yürüdən bir ölkədir. Heç bir güc, heç bir təzyiq bizi çıxdığımız bu yoldan döndərmək, iradəmizə təsir etmək qüdrətinə malik deyil. Çünki Azərbaycanın Prezident İlham Əliyevin timsalında dəmir siyasi iradəyə, açıq sözlülüyə, dərin zəkaya, uzaqgörənliyə malik qalib lideri, rəhbəri var. Əgər müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əsəri idisə, qalib, ərazi bütövlüyü, suverenliyi tam bərpa edilmiş, iradəsi ilə hər kəsin hesablaşdığı müasir Azərbaycan Müzəffər Prezident İlham Əliyevin əsəridir.

 

Əvvəlki Yazı

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilir

Növbəti Yazı

“Mən bu məlumatı birbaşa onlardan alıram”-Hakan Fidan

XƏBƏR LENTİ

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XİN: Daha 16 soydaşımız Suriyadan Azərbaycana gətirildi

20 İyul 2026 / 18:11
5
Ermənistan “Sezar”ı sınaqdan keçirir

Ermənistan “Sezar”ı sınaqdan keçirir

20 İyul 2026 / 18:00
3
Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi

20 İyul 2026 / 17:18
3
Qazaxda ata və qızı göldə batdi

Qazaxda ata və qızı göldə batdi

20 İyul 2026 / 17:10
2
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyi təbrik edib

20 İyul 2026 / 15:02
5
Ədliyyə Naziri Fərid Əhmədov Pakistanin Ədliyyə üzrə dövlət Naziri Aqil Malikin ilə görüşüb -Fotolar

Ədliyyə Naziri Fərid Əhmədov Pakistanin Ədliyyə üzrə dövlət Naziri Aqil Malikin ilə görüşüb -Fotolar

20 İyul 2026 / 14:54
10
Hoteldə 42 yaşli kişi ölu tapildi

Hoteldə 42 yaşli kişi ölu tapildi

20 İyul 2026 / 14:40
2
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev:“Seçicilərim içərisində yanıma ən çox gələnlər sahibkarlar və yeni iş qurmaq istəyən şəxslərdir”

20 İyul 2026 / 13:36
77
Bakıda mağazada döyülən qadın danışdı – Video

Bakıda mağazada döyülən qadın danışdı – Video

20 İyul 2026 / 13:27
20
Ermənistan Zəngəzur  dəhlizində yol təmir işlərinə başladı

Ermənistan Zəngəzur dəhlizində yol təmir işlərinə başladı

20 İyul 2026 / 12:43
1
Vüqar Dadaşov:”Nizami, Füzuli və Nəsimi irsi bəşəriyyətin mənəvi sərvətidir”

Vüqar Dadaşov:”Nizami, Füzuli və Nəsimi irsi bəşəriyyətin mənəvi sərvətidir”

20 İyul 2026 / 12:17
136
Ukraynadan yeni hədəf- Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı

Rusiya ordusu Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub – 10 həlak olub

20 İyul 2026 / 12:06
3
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Daha bir gənc dənizdə batib

20 İyul 2026 / 12:00
1
Tennis Akademiyasında ölüm hadisəsi baş verib

Tennis Akademiyasında ölüm hadisəsi baş verib

20 İyul 2026 / 11:54
17
Keyne qardaşı Yamalın məşhurluğuna yenə ortaq oldu -Fotolar

Keyne qardaşı Yamalın məşhurluğuna yenə ortaq oldu -Fotolar

20 İyul 2026 / 11:34
6
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp:”Bu gecə onlara daha bir güclü zərbə endirəcəyik”

20 İyul 2026 / 10:15
1
Meksikada güclü zəlzələ baş verib

İranin Kirmanşah vilayətində iki güclü zəlzələ baş verib

20 İyul 2026 / 10:11
1
Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

Rubio Sergey Lavrovla görüşə hazır olduğunu bəyan edib

20 İyul 2026 / 10:07
1
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur

20 İyul 2026 / 10:03
1
Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

20 İyul 2026 / 9:54
2
ChatGPT suallara cavab verməyi dayandırdı

ChatGPT suallara cavab verməyi dayandırdı

20 İyul 2026 / 9:46
2
Vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub

Vitse-prezidenti Ceyms Devid Vens dördüncü dəfə ata olub

20 İyul 2026 / 9:41
9
Cəlilabadda avtomobil azyaşini vurub

Cəlilabadda avtomobil azyaşini vurub

20 İyul 2026 / 9:36
1
Ukrayna ordusu Belarus üçün “məhvetmə zonası” yaradır

Ukrayna ordusu Belarus üçün “məhvetmə zonası” yaradır

20 İyul 2026 / 9:17
1
Svetlana Jurova:”Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək”

Svetlana Jurova:”Ehtimallardan biri budur ki, Zelenski vəzifəsindən istefa verəcək”

20 İyul 2026 / 9:11
1
Lamin Yamal Ronaldo, Mbappe və Messiyə qalib gələrək DÇ qazandı – Fotolar

Lamin Yamal Ronaldo, Mbappe və Messiyə qalib gələrək DÇ qazandı – Fotolar

20 İyul 2026 / 8:59
4
Marko Rubio:”Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil”

Marko Rubio:”Bütün planet üçün gəmiçiliyi əbədi olaraq qorumaq ABŞ-ın işi deyil”

20 İyul 2026 / 8:49
1
Saatlıda su idarəetməsinin təkmilləşdirilməsi yolları müzakirə olundu – FOTOLAR

Saatlıda su idarəetməsinin təkmilləşdirilməsi yolları müzakirə olundu – FOTOLAR

19 İyul 2026 / 21:44
4
Odessada həlak olan gəmi kapitanı dəfn edildi

Odessada həlak olan gəmi kapitanı dəfn edildi

19 İyul 2026 / 10:21
12
Qeyri-sabit hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

Qeyri-sabit hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib

19 İyul 2026 / 10:07
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.