Siyasət

Prezident Ərdoğan Macarıstanda işgüzar səfərdə

21 May 2025, 12:0619
Reklam728x90
Reklam320x100

Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün özəl “TUR” təyyarəsi ilə Macarıstanın paytaxtı Budapeştə gedib.

Avropa.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan  Türk Dövlətləri Təşkilatının  (TDT) Qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Budapeştə gedib.

Prezident Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, prezidentin  baş katibi Hakkı Susmaz və  Ankara  valisi Vasip Şahin yola salıblar  .

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, Prezidentin  Kommunikasiyalar üzrə  direktoru  Fahrettin Altun  və Prezidentin  Xarici Siyasət  və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç da Macarıstana yola düşüb.

Prezident Ərdoğanın “Şərqlə Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Budapeşt Zirvə Toplantısı çərçivəsində TDT Dövlət Başçıları Şurasının Toplantısına qatılacağı, iştirakçı dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar aparacağı nəzərdə tutulur.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600