Siyasət

Paşinyan bu bölgələri Azərbaycana təhvil verəcəyini bəyan etdi

5 Dekabr 2024, 13:5318
Reklam728x90
Reklam320x100

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə KTMT ilə bağlı açıqlamaları ilə Sünik (Zəngəzur – red.) və Vayots Dzorun (Dərələyəz mahalı – red.) Azərbaycana təhvil veriləcəyini elan etmiş oldu”.

Avropa.info xəbər verir ki, bu iddia ilə erməni ekspert Edqar Qazaryan çıxış edib.

O, Paşinyanın son açıqlamalarının erməni xalqına mesaj olduğunu bildirib:

“Baş nazir Ermənistanın KTMT-yə dönüş yolunun artıq olmadığını dedi. Yəni Azərbaycanla hərbi qarşıdurma olarsa, bu təşkilata mütaciət etməyəcəyik. Çünki o, KTMT-nin buna mane olmayacağını deyib. 2024-cü ildə Rusiya hərbçiləri İrəvanın tələbi ilə Sünikdən çıxarıldı. Həmçinin Azərbaycanla sərhəddə yerləşən qoşunların 17 bazası da ləğv olunub. Bunların bəziləri Tiqaranaşen (Kərki-red.) yaxınlığında yerləşirdi”.

Qazaryan xatırladıb ki, Ermənistan Rusiyaya Qafanda konsulluq açmağa icazə vermir. O bunu guya sözügedən “ərazilərin təhvilinə indidən şərait yaratmaq” kimi təqdim etməyə çalışıb.

“Paşinyanın son çıxışı məhz bunun elanı idi”, – deyən E.Qazaryan dolayı yolla Ermənistanın təxribata hazırlaşdığını etiraf edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600