Dünya

Nigeriyada partlayış nəticəsində 6 nəfər ölüb

10 İyun 2025, 07:2866
Reklam728x90
Reklam320x100

Nigeriyanın şimal-qərbindəki Sokoto ştatında baş verən partlayış nəticəsində 6 nəfər ölüb.

Avropa.info-nun məlumatına görə Sokoto  polisinin  sözçüsü Əhməd Rufai verdiyi açıqlamada partlayışın kustar üsulla hazırlanmış partlayıcı qurğunun səbəb olduğu güman edilən əyalətin Qvabro kəndində baş verdiyini bildirib.

Rufai qeyd edib ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Hadisə ilə bağlı istintaqın davam etdiyini vurğulayan Rufai partlayışla bağlı hər hansı təfərrüat açıqlamayıb.

Nigeriya uzun müddətdir  ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in  Qərbi  Afrika qolu olan Boko Haram və ISWAP terror qruplarının  hücumları ilə üzləşib .

Lakurava yanvar ayında ölkə hökuməti tərəfindən terror qruplaşması elan edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600