Dünya

İran hava məkanının pozulmasına cavab olaraq Bəhreyndəki bazada ABŞ-ın radar sistemini hədəfə aldığını açıqlayıb

17 Noyabr 2026, 11:59106
Reklam728x90
Reklam320x100

 

İran İnqilab Keşikçiləri Korpusu ABŞ pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozmasına cavab olaraq Bəhreyndəki Şeyx İsa hava bazasındakı ABŞ radar sisteminin hədəfə alındığını bildirib.

 

Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamaya görə, səhər saatlarında həyata keçirilən həssas əməliyyatda sözügedən bazanın radar sistemi vurulub.

Açıqlamada, ABŞ PUA-larının davamlı olaraq İran hava məkanını pozmasına cavab olaraq, bu ölkəyə məxsus MQ və RQ-170 tipli PUA-ların elektron döyüş sistemləri ilə ələ keçirilməsi əməliyyatının davamı olaraq Bəhreyndəki Şeyx İsa Hava Bazasındakı radar sisteminin İHA-larla hədəf alındığı bildirilib.

İnqilab Keşikçiləri həmçinin hava məkanının pozulmasının cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600