24 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

İyul 15, 2026
Araşdırma, Manşet
A A

Rəsul Mirhəşimli

Bu yaxınlarda Oğuz rayonunda keçirilən tədbir zamanı dəyərli jurnalist və ziyalı Nazim Hüseynli ilə tanış olmaq imkanım oldu. Həyatda elə insanlar var ki, onlarla ilk dəfə görüşsən də, səmimiyyəti, düşüncə tərzi və davranışı insanda elə bir təəssürat yaradır ki, sanki onları uzun illərdir tanıyırsan. Nazim Hüseynli də məhz belə insanlardandır.

Onunla söhbət etdikcə zəngin dünyagörüşünə, yüksək erudisiyaya, Vətənə və dövlətə sonsuz bağlılığına, peşəsinə böyük sevgi ilə yanaşmasına bir daha şahid oldum. Jurnalistikanı sadəcə peşə kimi deyil, cəmiyyət qarşısında məsuliyyət daşıyan müqəddəs bir missiya kimi qəbul etməsi, hər yazısında və fəaliyyətində həqiqəti, obyektivliyi və milli dəyərləri ön planda tutması diqqətimi xüsusilə cəlb etdi.

Nazim Hüseynli yaradıcılığı ilə yanaşı, insanlığı, sadəliyi və təvazökarlığı ilə də seçilən ziyalılardandır. O, gördüyü işlərin təbliği və şəxsi reklamı ilə məşğul olmağı sevmir. Əksinə, həyata keçirdiyi hər bir işi cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin sağlam düşüncə ilə formalaşmasına və ölkəmizin inkişafına töhfə vermək məqsədi ilə görür. Məhz belə insanlar cəmiyyətimizin görünməyən, lakin ən möhkəm dayaqlarından biridir.

Ümumiyyətlə, regionlarımız böyük intellektual potensiala, zəngin həyat təcrübəsinə və yüksək mənəvi keyfiyyətlərə malik insanlarla zəngindir. Təəssüf ki, onların bir çoxu geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmır. Halbuki belə ziyalıların fəaliyyəti, düşüncələri və zəhməti cəmiyyətimiz üçün böyük dəyər daşıyır. Nazim Hüseynli də həmin dəyərli insanlardan biridir.

Bu günlərdə Nazim Hüseynlinin Tehranda işıq üzü görən “Qızıl qurdlar” adlı poeması və şeirlər toplusu ilə tanış oldum. Kitab bu il “Xudafərin” nəşriyyatı tərəfindən ərəb qrafikalı əlifba ilə Azərbaycan türkcəsində nəşr edilib. Nəşrin ərsəyə gəlməsində “Xudafərin” jurnalının baş redaktoru Hüseyn Şərqiderecek Soytürkün böyük əməyi var. O, kitabı nəşrə hazırlamaqla yanaşı, oxucular üçün giriş sözü də qələmə alıb.

Kitabda 1970-ci ildə yaradılan, özlərini geyimlərinin rənginə uyğun olaraq “Qızıl Qurdlar” adlandıran 55 illlik yubileyini qeyd edən “Traktor” klubuna həsr edilən poema və şairin başqa məzmunlu şeirləri daxil edilib.

Təbrizin əfsanəvi “Traktor” futbol klubu artıq uzun illərdir ki, təkcə idman uğurları ilə deyil, milli kimliyin, dilin və mədəni bağlılığın rəmzi kimi də tanınır. Bu komandanın ətrafında formalaşan böyük azarkeş ordusu göstərir ki, “Traktor” sıradan bir futbol klubu deyil, milyonlarla insanın ortaq duyğularını və mənəvi bağlılığını ifadə edən bir dəyərdir. Stadion tribunalarında dalğalanan bayraqlar, səsləndirilən milli ruhlu şüarlar və Azərbaycan türkcəsində oxunan nəğmələr Təbrizdən başlayaraq bütün Türk dünyasında böyük maraq və rəğbətlə qarşılanır.

Məhz bu böyük mənəvi yükü və ictimai əhəmiyyəti nəzərə alan tanınmış şair Nazim Hüseynli öz yaradıcılığında “Traktor” fenomeninə xüsusi yer ayırıb.

Müəllif bu əsərdə “Traktor”u yalnız meydanda mübarizə aparan bir komanda kimi deyil, milli özünüdərk hissini yaşadan, dili, tarixi və mədəni yaddaşı qoruyan mənəvi güc kimi təqdim edir. Poemada klubun azarkeşlərinin sədaqəti, tribunaların coşqusu və Təbrizin sarsılmaz ruhu poetik dillə təsvir olunur.

Bu gün “Traktor”un oyunları təkcə İranda deyil, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın və digər türk toplumlarının da diqqətlə izlədiyi hadisələrdən biridir. Stadionlarda səsləndirilən türkçülük ruhlu şüarlar, milli həmrəyliyi ifadə edən çağırışlar və ortaq dəyərlərə sədaqət mesajları bütün Türk cümhuriyyətlərində rəğbətlə qarşılanır. Bu səbəbdən “Traktor” artıq idman sərhədlərini aşaraq Türk dünyasının mənəvi birliyini təcəssüm etdirən simvollardan birinə çevrilib.

“Qızıl qurdlar” kitabı da məhz bu ruhu yaşadan əsərlərdən biridir. Burada yer alan şeirlər və poema oxucuya göstərir ki, futbol bəzən sadəcə idman yarışından daha böyük məna daşıyır. O, xalqın yaddaşını, milli kimliyini, dilini və ortaq dəyərlərini yaşadan güclü ictimai-mədəni hadisəyə çevrilə bilir. Nazim Hüseynlinin poetik baxışı da “Traktor” fenomenini məhz bu prizmadan dəyərləndirərək, onu Türk dünyasının birlik və həmrəylik rəmzi kimi təqdim edir.

Müəllif Təbrizin əfsanəvi futbol klubuna həsr etdiyi poemada qeyd edir ki, Qarabağ torpaqları işğal altında olarkən “Traktor”un oyunlarında etiraz əlaməti olaraq tez-tez “Qarabağ bizimdir, bizim olacaq “ şüarları səsləndirilirdi. Komandanın keçirdiyi oyunlar Qarabağda soyqırım günləri ilə eyni vaxta düşürsə şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilir. Bu faktı poetik obrazla ifadə edən şair yazır:

“Dəmi yumruq” dəydi başa,
Döndərildi düşmən leşə.
Yaşa, Milli Ordum, yaşa,
Qarabağ bizimdir, bizim olacaq!

Nazim Hüseynlinin bu misraları təkcə poetik bir obraz deyil, həm də milli yaddaşın və həmrəyliyin bədii ifadəsidir. “Qarabağ bizimdir, bizim olacaq!” şüarı uzun illər Təbrizin əfsanəvi “Traktor” klubunun tribunalarından yüksələrək milyonlarla azərbaycanlının ortaq duyğusuna çevrilmişdi. Qarabağ işğal altında olduğu illərdə bu çağırış Güney Azərbaycandan Quzey Azərbaycana ünvanlanan mənəvi dəstəyin ən təsirli nümunələrindən biri idi. Xüsusilə oyunların Qarabağ faciələrinin ildönümlərinə təsadüf etdiyi günlərdə şəhidlərin xatirəsinin ehtiramla yad olunması bu həmrəyliyin nə qədər səmimi olduğunu göstərirdi.

Şairin “Dəmi yumruq” obrazı xalqın birliyini, milli iradəsini və qələbəyə inamını simvolizə edir. Misralarda Azərbaycan Ordusunun zəfəri yalnız hərbi uğur kimi deyil, həm də uzun illərin həsrətinə son qoyan tarixi ədalətin bərpası kimi təqdim edilir. Bu poeziya nümunəsi göstərir ki, “Traktor” futbol klubu sadəcə idman komandası deyil, milli kimliyin və azərbaycançılıq ruhunun yaşadıldığı bir tribunadır.

Təbriz stadionundan yüksələn şüarlar sərhədləri aşaraq Qarabağ uğrunda mübarizə aparan hər bir azərbaycanlının qəlbinə ümid verirdi. Bu mənəvi birlik sübut etdi ki, eyni dili, tarixi və mədəniyyəti paylaşan xalqı heç bir sərhəd bir-birindən ayıra bilməz. Məhz buna görə də Nazim Hüseynlinin bu bəndi həm yüksək bədii dəyərə malik poetik nümunə, həm də Azərbaycan xalqının sarsılmaz milli həmrəyliyinin yaddaşlarda yaşayacaq ədəbi salnaməsidir.

“Traktor” klubunun oyunlarını izləyənlər bilir ki, komandanın hər matçının 15-ci dəqiqəsində azarkeşlər “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə“ şüarları səsləndirirlər. Bu da İranda yaşayan Azərbaycan türklərinin konstitusion hüquq və azadlıqlarına diqqət çəkmə üçündür. İranın Konstitusiyasının 15-ci maddəsində bu ölkədə yaşayan xalqların öz dillərində təhsil ala bilmək hüquqları təsbit edilib. Komanda azarkeşləri də bu məsələyə diqqəti yönəltmək istəyirlər. Nazim Hüseynli poemada bu kampaniyanı şeir dili ilə belə ifadə edir:

Qara sədlər uçular,
Mədrəsələr açılar,
Ölkəyə nur saçılar,
Tanrı türkə yar olar!

Nazim Hüseynlinin poemasında yer alan bu bənd təkcə poetik düşüncənin deyil, həm də milli-mədəni hüquqlar uğrunda aparılan dinc mübarizənin bədii ifadəsidir. Şair “Qara sədlər uçular” misrası ilə ana dilinin inkişafına mane olan bütün məhdudiyyətlərin aradan qalxacağına inamını ifadə edir. “Mədrəsələr açılar” fikri Azərbaycan türkcəsində təhsil almaq arzusunun və bu hüququn həyata keçəcəyinə olan ümidin rəmzidir. “Ölkəyə nur saçılar” misrası isə ana dilində təhsilin yalnız bir xalqın deyil, bütövlükdə cəmiyyətin mədəni və mənəvi inkişafına xidmət edəcəyini vurğulayır. Sonuncu misradakı “Tanrı türkə yar olar” ifadəsi milli kimliyin qorunmasına olan mənəvi inamı və ümid hissini gücləndirir.

Bu poetik nümunə Təbrizin məşhur “Traktor” klubunun tribunalarında səslənən şüarların bədii əks-sədası kimi səslənir. Azarkeşlərin hər oyunun 15-ci dəqiqəsində “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndirmələri İran Konstitusiyasının 15-ci maddəsində təsbit olunmuş ana dilində təhsil hüququna diqqət yönəltmək məqsədi daşıyır.

Bu baxımdan şeir idman tribunalarında formalaşan ictimai mesajı ədəbi-estetik müstəviyə daşıyır. Müəllif göstərir ki, futbol yalnız idman yarışı deyil, həm də milli kimliyin, dilin və mədəniyyətin qorunmasına xidmət edən ictimai platformaya çevrilə bilər. Poemada bədii obrazlarla ifadə olunan fikirlər oxucuda həm emosional təsir yaradır, həm də ana dilinin yaşadılmasının əhəmiyyətini düşündürür.

Bu misralar Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil və mədəniyyət sevgisini, gələcəyə olan ümidini poetik dillə ifadə edən uğurlu sənət nümunəsidir. Nazim Hüseynli bu bənd vasitəsilə milli-mənəvi dəyərlərin, ana dilinin və mədəni irsin qorunmasının xalqın gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını yüksək bədii ustalıqla oxucuya çatdırır.

Kitabda bu poemadan əlavə Nazim Hüseynlinin müxtəlif məzmunlu şeirləri də yer alır. Şair bir ata nəsihəti kimi övladlarına nəsihətin yüksək poetik nümunəsini yaradıb. Şair yazır:

Evimizin dışında,
Qapımızın başında,
Yuva-otuz yaşında,
Bu yuvanı qoruyun!

Nazim Hüseynlinin bu misraları ata qayğısını və ailə dəyərlərinə bağlılığı poetik dillə ifadə edir. Şair övladlarına müraciət edərək onları ailə ocağını və doğma yurdu qorumağa səsləyir. “Evimizin dışında, qapımızın başında” ifadələri doğma evin müqəddəsliyini və onun hər bir ailə üzvü üçün mənəvi əhəmiyyətini vurğulayır. Yuva obrazı burada təkcə əsrlərdən keçib gələn bir isti ocaq deyil, həm də ailənin birliyini və nəsillərin davamlılığını simvolizə edir. “Otuz yaşında” ifadəsi yuvanın uzun illər zəhmət və qayğı ilə qorunduğunu göstərir.

Bu misralarda valideyn övladlarına məsuliyyət hissini aşılayır və onlara əmanət qoyduğu dəyərləri xatırladır. Şeirin dili sadə olsa da, dərin məna yükünə malikdir və oxucuda təsirli duyğular yaradır. Əsərdə vətənə, ailəyə və milli-mənəvi dəyərlərə sədaqət ideyası ön plana çıxır. Nəsihət xarakteri daşıyan bu misralar gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə, Nazim Hüseynli bu poetik nümunə ilə ailə birliyini, sevgi və məsuliyyət hissini yüksək bədii ustalıqla ifadə edib.

Bu əsər göstərir ki, poeziya təkcə estetik zövq yaradan sənət nümunəsi deyil, həm də xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini yaşadan güclü vasitədir. Nazim Hüseynlinin “Qızıl qurdlar” kitabı oxucuya həm bədii zövq bəxş edir, həm də onu düşündürərək milli-mənəvi dəyərlər haqqında dərin düşüncələrə sövq edir. Müəllif “Traktor” fenomenini sadəcə idman hadisəsi kimi deyil, milli həmrəyliyin, ana dilinə sevginin və vətənpərvərlik ruhunun rəmzi kimi təqdim etməyi bacarıb.

Kitabda yer alan poema və müxtəlif şeirlər Azərbaycançılıq ideyasının, birlik hissinin və milli şüurun bədii ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Əsərlərdə Vətən sevgisi, ailə dəyərləri, milli kimlik və mənəvi məsuliyyət yüksək poetik ustalıqla oxucuya çatdırılır. Müəllifin sadə, axıcı və təsirli üslubu kitabın geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağına inam yaradır. Xüsusilə gənc nəslin milli ruhda tərbiyəsi baxımından bu kitabın böyük maarifləndirici əhəmiyyəti vardır.

“Qızıl qurdlar” təkcə bir şeir toplusu deyil, həm də milli duyğuların poetik salnaməsi təsiri bağışlayır. Kitab oxucunu həm keçmişi xatırlamağa, həm də gələcəyə ümidlə baxmağa sövq edir. Burada yer alan hər bir şeir və poema müəllifin xalqına, dövlətinə və milli-mənəvi dəyərlərinə bağlılığının parlaq ifadəsidir.

Əsərin Tehranda Azərbaycan türkcəsində, ərəb qrafikalı əlifba ilə nəşr olunması da onun mənəvi və mədəni əhəmiyyətini daha da artırır. Bu nəşr Azərbaycan ədəbiyyatının sərhədləri aşaraq daha geniş oxucu auditoriyasına çatdırılması baxımından da dəyərli hadisədir. İnanıram ki, “Qızıl qurdlar” kitabı oxucular tərəfindən böyük maraqla qarşılanacaq və uzun illər sevilərək oxunacaq sanballı nəşrlərdən biri olacaq.

Bu kitab vətənpərvərlik ruhunu, milli həmrəyliyi və mənəvi dəyərləri yaşadan maraqlı və dəyərli bir əsər kimi Azərbaycan ədəbi mühitində öz layiqli yerini tutacaq.

Nazim Hüseynli yaradıcılığı ilə bir daha sübut edir ki, həqiqi sənətkar xalqın duyğularını, tarixini və milli ruhunu sözün gücü ilə yaşatmağı bacarmalıdır. Onun qələmindən çıxan bu əsər oxucular üçün həm bədii, həm də mənəvi baxımdan zəngin bir töhfədir.

Belə vətənpərvər ruhlu, milli dəyərləri təbliğ edən sanballı bir əsəri ərsəyə gətirdiyi üçün Nazim Hüseynliyə səmimi təşəkkürümü bildirirəm.

Əminəm ki, onun yaradıcılığı bundan sonra da Azərbaycan ədəbiyyatına yeni və dəyərli əsərlər qazandıracaq. Dəyərli qələm sahibinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni kitablar, uğurlu layihələr və oxucularının sevgisi ilə müşayiət olunan zəngin yaradıcılıq yolu arzulayıram. Qoy Nazim Hüseynlinin qələmi daim Vətən sevgisini, milli birliyi və Azərbaycançılıq ruhunu yaşadan sanballı əsərlərlə oxucularını sevindirməyə davam etsin.

Əvvəlki Yazı

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Növbəti Yazı

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

XƏBƏR LENTİ

İsrail qəzetinin məlumatına görə, Suriya hücumları yeni gərginlik riski yaradır

İsrail qəzetinin məlumatına görə, Suriya hücumları yeni gərginlik riski yaradır

24 Avqust 2026 / 0:57
0
Mamakdakı yanğına qrupların müdaxiləsi davam edir

Mamakdakı yanğına qrupların müdaxiləsi davam edir

24 Avqust 2026 / 0:50
1
İran parlamentinin komissiyası gəmilərdən xidmət haqqının alınmasını tələb edən maddəni qəbul edib

İran parlamentinin komissiyası gəmilərdən xidmət haqqının alınmasını tələb edən maddəni qəbul edib

24 Avqust 2026 / 0:42
7
Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu – Fotolar

Prezidentlər “Azərbaycan” parkının təməlini qoydu – Fotolar

23 Avqust 2026 / 23:40
15
Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında olub-Fotolar

Mehriban Əliyevə Daşkəndin “Oxunguzar” incəsənət məkanında olub-Fotolar

23 Avqust 2026 / 23:32
10
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində -Fotolar

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində -Fotolar

23 Avqust 2026 / 23:26
7
Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi – FOTOLAR

Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi – FOTOLAR

23 Avqust 2026 / 20:23
2
İran Xarici İşlər Naziri ABŞ-ın iqtisadi əməliyyat diskursunun “təkrarlanan ssenari” olduğunu müdafiə etdi

İran Xarici İşlər Naziri ABŞ-ın iqtisadi əməliyyat diskursunun “təkrarlanan ssenari” olduğunu müdafiə etdi

23 Avqust 2026 / 17:29
6
Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

23 Avqust 2026 / 16:53
1
Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

Prezident Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi

23 Avqust 2026 / 16:47
1
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi – FOTOLAR

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi – FOTOLAR

23 Avqust 2026 / 16:44
1
Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

23 Avqust 2026 / 16:41
4
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistandadır – Fotolar+Video

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistandadır – Fotolar+Video

23 Avqust 2026 / 16:33
6
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:Türkiyə–İsrail gərginliyi -Yaxın Şərqdə strateji qarşıdurma

23 Avqust 2026 / 16:25
66
Türkiyədə Gənc qadının silahla qaçırıldığı anın görüntüləri ortaya çıxdı

Türkiyədə Gənc qadının silahla qaçırıldığı anın görüntüləri ortaya çıxdı

23 Avqust 2026 / 15:53
12
  ABŞ prezidenti Tramp: “Kanada ABŞ dövləti olmadan dövlət olmanın üstünlüklərindən faydalanmaq istəyir

  ABŞ prezidenti Tramp: “Kanada ABŞ dövləti olmadan dövlət olmanın üstünlüklərindən faydalanmaq istəyir

23 Avqust 2026 / 12:59
1
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Hədəf İranın Daxili Sabitliyidir”

23 Avqust 2026 / 12:48
71
Göycayda ağır yol-nəqliyyat hadisəsində iki nəfər ölüb – Foto

Göycayda ağır yol-nəqliyyat hadisəsində iki nəfər ölüb – Foto

23 Avqust 2026 / 11:15
18
Almaniya İsrailə qarşı sanksiyalarına icazə verdi

Almaniya İsrailə qarşı sanksiyalarına icazə verdi

23 Avqust 2026 / 10:54
13
Rusiya prezidenti Putin ilk dəfə Kuril adalarına səfər edib

Putin: Axmat Kadırovun adı Rusiya tarixinə əbədi olaraq yazılıb

23 Avqust 2026 / 10:48
11
WP: ABŞ hökuməti 40 trilyon dollarlıq dövlət borcuna görə qeyri-populyar tədbirlər görə bilər

WP: ABŞ hökuməti 40 trilyon dollarlıq dövlət borcuna görə qeyri-populyar tədbirlər görə bilər

23 Avqust 2026 / 9:55
6
Maydandan sonra Ukraynanın xarici dövlət borcu 24 dəfə artıb

Maydandan sonra Ukraynanın xarici dövlət borcu 24 dəfə artıb

23 Avqust 2026 / 9:43
3
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya yaxınlaşarkən 7 pilotsuz təyyarəni vurub

Rusiya Hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 328 PUA-nı vurub

23 Avqust 2026 / 9:36
18
Qazaxıstan “milli sıfırlama”nın başladığını elan etdi

Qazaxıstan “milli sıfırlama”nın başladığını elan etdi

23 Avqust 2026 / 9:28
6
44 şübhəlinin həbsi istənildi: Alparslan Kuytul və həyat yoldaşı həbs olundu

44 şübhəlinin həbsi istənildi: Alparslan Kuytul və həyat yoldaşı həbs olundu

23 Avqust 2026 / 9:16
8
Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib

23 Avqust 2026 / 7:53
6
İsrail: Türkiyə ilə gərginliyi artırmaq niyyətində deyilik

İsrail: Türkiyə ilə gərginliyi artırmaq niyyətində deyilik

23 Avqust 2026 / 7:43
1
Möhsin Rezai:”Bizə qarşı iqtisadi sanksiyalarda iştirak edən istənilən ölkə düşmən sayılacaq”

Möhsin Rezai:”Bizə qarşı iqtisadi sanksiyalarda iştirak edən istənilən ölkə düşmən sayılacaq”

23 Avqust 2026 / 7:34
3
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib

Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib

22 Avqust 2026 / 12:17
6
Rusiyadan Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir 

Rusiyadan Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir 

22 Avqust 2026 / 11:24
14
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.