Siyasət

Müdafiə Naziri Zakir Həsənov Selçuk Bayraktarla görüşdü – Foto

10 İyul 2026, 10:4219
Reklam728x90
Reklam320x100

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Avropa.info xəbər verir ki, görüşdə Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.

“Baykar” şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.

S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600