17 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir – Gözlər Milli Məclisdə!

Sentyabr 9, 2025
Manşet, Ölkə
A A

Bu ilin sonuna qədər Azərbaycanda böyük amnistiya elan ediləcəyi ilə bağlı iddialar getdikcə daha çox müzakirə olunur. Məlumatlara görə, amnistiya “Konstitusiya və Suverenlik ili” çərçivəsində qəbul edilə bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan edib. Bu da həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Azərbaycanın tarixi Qələbəsinin 5 illiyi ilə bağlıdır. Yada salaq ki, 2021-ci ilin noyabrında Milli Məclis Zəfər günü ilə bağlı amnistiya aktı qəbul edib. Müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub. Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Gözlənilir ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər. Yeri gəlmişkən, hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Aydındır ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur. Bu, xüsusilə ağır cinayətlər – terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bəs amnistiyanın olacağı ilə bağlı iddialar nə qədər realdır? Amnistiya olarsa, tanınmışlardan kimlər azadlığa çıxa bilər?

 

“Bakı” Hüquq Şirkətin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, amnistiya aktı dövlətin humanist siyasətinin bir təzahürü olmaqla yanaşı, həm də ictimai barış və ədalət hissinin möhkəmləndirilməsinə xidmət edir: “Azərbaycan praktikasına nəzər salsaq görərik ki, bütün amnistiya aktları xüsusi tarixi günlərə, əlamətdar ildönümlərinə həsr olunub. Bu baxımdan, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması amnistiya qərarının qəbul olunması ehtimalını daha da gücləndirir. Amnistiyanın tətbiqi hüquqi mexanizmlə ciddi şəkildə tənzimlənir. Cinayət Məcəlləsinin ən ağır maddələri terrorçuluq, dövlətə xəyanət, qəsdən adam öldürmə və oxşar cinayətlər amnistiyanın əhatə dairəsinə düşmür. Adətən ilk dəfə cinayət törətmiş şəxslər, az ağır və ehtiyatsızlıqdan baş verən cinayətlərə görə məhkum edilənlər, həmçinin yaşlı, qadın və azyaşlı övladı olan şəxslər amnistiya aktından yararlana bilirlər”.

Natiq Ələsgərov deyib ki, amnistiya yalnız məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərə deyil, həm də istintaqı davam edən, amma məhkəmə hökmü çıxmamış şəxslərə də şamil edilə bilər: “Məsələn, amnistiya elan olunanda istintaqı gedən bir işdə ittiham olunan şəxsin əməlinə amnistiya düşürsə, həmin cinayət işi də xitam oluna bilər. Bu, hüquqi mexanizmin mühüm tərəflərindən biridir. Amnistiyanın qəbulu yalnız məhkumların deyil, minlərlə ailənin sosial-psixoloji yükünün yüngülləşdirilməsi deməkdir”.

Natiq Ələsgərov amnistiyanın cəmiyyət üçün müəyyən risklər yarada biləcəyini də vurğulayır. Onun sözlərinə görə, amnistiya hər nə qədər humanist akt sayılsa da, cəmiyyət üçün müəyyən risklər də yarada bilər: “Əgər amnistiya çox geniş miqyasda tətbiq olunarsa, bu, bəzən ictimaiyyət arasında narazılıq doğurur. İnsanlar ağır cinayət törətmiş şəxslərin azadlığa çıxmasını təhlükə kimi qəbul edə bilərlər. Ona görə də amnistiyanın hüquqi çərçivəsi son dərəcə dəqiq müəyyən edilməlidir. Ədalət prinsipi amnistiyada əsas meyar olmalıdır. Zərərçəkmişlərin hüquqları nəzərə alınmalıdır. Ağır nəticələr doğuran cinayətlərə amnistiyanın şamil olunması ictimai etimadı zədələyə bilər. Amnistiya yalnız sosial adaptasiya imkanı olan, cəmiyyətə qayıdanda yenidən cinayət törətməyəcəyi ehtimal olunan şəxslər üçün nəzərdə tutulmalıdır”.

Natiq Ələsgərov vurğulayıb ki, amnistiya hər şeydən əvvəl dövlətin humanizm jestidir: “Amma bu jest həm də məsuliyyətli qərardır. Əks halda, belə addımın mənfi tərəfləri üstün gələ və cinayətkarlıqla mübarizəyə mənfi təsir göstərə bilər”.

Əvvəlki Yazı

Gərginlik artır: Bu ölkədən ABŞ-yə SƏRT REAKSİYA – FOTO

Növbəti Yazı

Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

XƏBƏR LENTİ

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

16 Mart 2026 / 23:39
4
“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın   kitab təqdimatı keçirilib-Foto

“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın  kitab təqdimatı keçirilib-Foto

16 Mart 2026 / 14:46
6
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

16 Mart 2026 / 14:27
5
Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

16 Mart 2026 / 14:22
5
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

16 Mart 2026 / 14:15
5
Reklamlarda dil eroziyası və kimlik problemi

Reklamlarda dil eroziyası və kimlik problemi

16 Mart 2026 / 13:16
9
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

16 Mart 2026 / 12:39
4
Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

16 Mart 2026 / 10:19
44
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

16 Mart 2026 / 10:08
107
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
20
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
25
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
30
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
24
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
8
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
11
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
28
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
22
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
19
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
27
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
26
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
17
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
28
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
38
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
123
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
45
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
9
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
32
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
8
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
10
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.