Siyasət

“Lavrovun Ermənistana səfərinin məqsədi siyasətçilərə, ictimaiyyətə, İrəvana müraciət etməkdir”-Korotçenko

20 May 2025, 12:2855
Reklam728x90
Reklam320x100

Ermənistan Rusiya əleyhinə mövqe tutur, Qərb silahları ilə yenidən silahlanır, KTMT-yə üzvlüyünü dondurub.

Avropa.info xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ilə bağlı danışarkən deyib.

“Bəli, Gümrüdəki hərbi bazamız hələ çıxarılmır, amma bu zaman məsələsidir, çünki İrəvan strateji kurs müəyyən edib və bu, Qərbə, Avropa Birliyinə doğru kursdur. Ona görə də Lavrovun Ermənistana səfərinin məqsədi siyasətçilərə, ictimaiyyətə, İrəvana müraciət etməkdir ki, onları respublika üçün fəlakətli nəticələrə gətirib çıxara biləcək qərarlar qəbul etməkdən çəkindirsin”, – o bildirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600