Portuqaliya hakimiyyəti Formula1-in keçmiş rəhbərini saxlayıb
Portuqaliya hakimiyyəti Formula1-in keçmiş rəhbəri britaniyalı Berni Ekklstounu qanunsuz silah saxladığına görə saxlayıb.
Avropa.info xəbər verir ki, Bu barədə “The Mirror” məlumat yayıb.
Mənbənin məlumatına görə, britaniyalı şəxsi təyyarəsi ilə Lissabon ətrafına enib. Ekklstounda təyyarəyə baxış zamanı ov tüfəngi aşkar edilib. Hələlik onun rəsmi ittiham irəli sürüləcəyi məlum deyil.
Ekklstounun 95 yaşı var və 1978-2017-ci illərdə Formula 1-in sahibi olub. O, 40 ilə yaxın rəhbərlikdən sonra 2017-ci ildə başçı vəzifəsini tərk edib.
Xatırladaq ki, 2022-ci ildə Ekklstoun analoji pozuntuya görə Braziliyada artıq həbs edilmişdi. Ekklstounun sözlərinə görə, qeydiyyatı olmayan LW Seecamp tapançası “tamamilə təsadüfən” onun baqajına düşüb.






























