Gündəm

İsrail və Suriya son 25 ildə ilk dəfə masa arxasinda

25 İyul 2025, 08:4652
Reklam728x90
Reklam320x100

İsrail və Suriya nazirləri son 25 ildə ilk yüksəksəviyyəli danışıqlarını keçiriblər. Görüş Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə baş tutub.

Avropa.info xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əş-Şeybani iştirak ediblər.

Dörd saat davam edən görüşdə ölkələr arasında gərginliyin azaldılması müzakirə olunub. İsrail mənbələri “Axios”a bildiriblər ki, tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.

Qeyd olunur ki, İsrail və Suriya son aylarda artıq bir neçə görüş keçiriblər. Portal iddia edir ki, Paris danışıqları ölkələr arasında etimadı gücləndirmək üçün ilk addım olacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600