Siyasət

İslam Əməkdaşlıq Təşkilatı “Fələstin” üçün toplanır

8 Mart 2025, 05:3263
Reklam728x90
Reklam320x100

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Fələstində baş verənləri müzakirə etmək üçün toplandığı bildirilib.

Avropa.info xəbər verir ki, İƏT-in X sosial  media  hesabından edilən yazılı açıqlamaya görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Xarici İşlər Nazirlərinin Fövqəladə Şurası Toplantısı keçirilib.

Bildirilib ki, görüşdə İsrailin Fələstin xalqına qarşı təcavüzü və fələstinliləri öz torpaqlarından zorla köçürmək planları müzakirə olunub.

Görüşün Fələstin məsələsinin İslam dünyasının əsas problemi olaraq qaldığına aydın mesaj vermək üçün keçirildiyi qeyd edilib.

Qəzza  planları

Tramp fevralın 4-də Ağ Evdə qəbul etdiyi  İsrailin  baş naziri Binyamin  Netanyahu ilə birgə mətbuat konfransında deyib  ki, ABŞ Qəzza zolağının “ələ keçəcəyini” və ona “sahibi” olacaq.

Qəzzanın indi tam bir dağıdıcı bölgə olduğunu ifadə edən Tramp,  Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir  və  İordaniyada  tikiləcək yeni qəsəbələrə köçmələrinin çox daha yaxşı olacağını müdafiə etdi .

ABŞ  prezidenti Tramp da bildirib ki, o, “Qəzzanı Yaxın Şərqin Rivierasına çevirmək istəyir”.

Martın 4-də Misirin paytaxtı Qahirədə Ərəb Liqasının keçirdiyi fövqəladə Ərəb Liqası Sammitində ev sahibi ölkə fələstinliləri öz torpaqlarından didərgin salmadan Qəzza zolağının yenidən qurulması planını təqdim edib və üzv ölkələr bunu qəbul edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600