İranın keçmiş ETTELAAT – Təhlükəsizlik və Kəşfiyyat naziri İsmayıl Xətib İsrailin hava zərbəsi nəticəsində öldürülməzdən əvvəl 4 dəfə sui-qəsd cəhdinə məruz qalıb.
Avropa.info xəbər verir ki, bu barədə mərhum nazirin oğlu Məhəmməd Rza Vaezi IRNA agentliyinə açıqlamasında bildirib.
O qeyd edib ki, Xətib hücum zamanı həyat yoldaşı və qızlarından biri ilə birlikdə həlak olub.
Zərbənin gücünün çox yüksək olması səbəbindən cəsədlərin qalıqlarının böyük hissəsi tanınmaz hala düşüb. Ailə üzvlərinin meyitlərini bir-birindən ayırmaq və müəyyənləşdirmək üçün DNT analizi aparılıb.
Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Katz martın 17-də, müharibənin 18-ci günündə İsmayıl Xətibin öldürüldüyünü rəsmi olaraq təsdiqləyib.






























