Siyasət

Hikmet Hacıyev Fələstinin səfiri Nasser Abdul Kərim ilə görüşüb

4 Mart 2025, 20:2345
Reklam728x90
Reklam320x100

Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kərim ilə Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə vida görüşü baş tutub.

Avropa.info xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfir Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə H.Hacıyevə öz təşəkkürünü bildirib.

Görüş zamanı həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600