Dünya

“Görüşdə Zelenskinin olmaması ukraynalılara görə, vəziyyətin fəlakətli olduğunu göstərir”-Paul Rontshaymer

11 Avqust 2025, 08:4411
Reklam728x90
Reklam320x100

Siyasi baxışlarından asılı olmayaraq, Ukrayna və onun vətəndaşlarında ABŞ Prezidenti Donald Tramp və rus lideri Vladimir Putinin görüşündən belə bir təəssüratı yaranır: onlardan gizli nə isə həll olunur.

Avropa.info xəbər verir ki, bu barədə BİLD qəzetinin redaktoru Paul Rontshaymer deyib.

O bildirib ki, bu görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskinin olmaması ukraynalılara görə, vəziyyətin fəlakətli olduğunu göstərir:

“Mediada ABŞ-ın Donetsk və Luqansk vilayətlərinin tamamilə Rusiyaya təhvil verilməsini dəstəkləyə biləcəyi, hazırkı cəbhə xətti boyunca Zaporojye və Xersonda atəşkəsin qüvvədə olacağına dair məlumatlar var. Bu o deməkdir ki, Ukrayna qüvvələri öz mövqelərini döyüşsüz təslim etməli və işğalçılara təhvil verməlidir”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600