15 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

“COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir”-Prezdent İlham Əliyev

Noyabr 24, 2024
Manşet
A A

 

Avropa.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.

“Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə İqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”, – deyə paylaşımda vurğulanıb

Əvvəlki Yazı

Yeni İli İstanbulda qarşılamaq üçün ən romantik tətil seçimləri

Növbəti Yazı

“Rusiya düşməndir. Rusiya Avropada müharibəyə başlayan dövlətdir”-Karl Şleqel

XƏBƏR LENTİ

Tədqiqatlar göstərir ki, əsarət altına alınan afrikalılara Britaniya kral gerbi damğası vurulmuşdur

Tədqiqatlar göstərir ki, əsarət altına alınan afrikalılara Britaniya kral gerbi damğası vurulmuşdur

15 Sentyabr 2026 / 7:54
0
Məktəbdən çıxandan sonra xəbər alınmayan müəllimin cansız meyiti tapılıb

Məktəbdən çıxandan sonra xəbər alınmayan müəllimin cansız meyiti tapılıb

15 Sentyabr 2026 / 7:49
4
NATO təyyarələri Litvanın hava məkanına daxil olan pilotsuz təyyarəni vurub

NATO təyyarələri Litvanın hava məkanına daxil olan pilotsuz təyyarəni vurub

15 Sentyabr 2026 / 7:33
6
Xocavənd rayonuna növbəti köç karvanı yola düşüb -Fotolar

Xocavənd rayonuna növbəti köç karvanı yola düşüb -Fotolar

15 Sentyabr 2026 / 7:27
10
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

IRIB: Yəmənə hücumlardan sonra Səudiyyə Ərəbistanında neft emalı zavodunda böyük yanğın başlayıb

15 Sentyabr 2026 / 7:15
4
Kim Çen In Putinə cavab olaraq teleqram göndərib

Kim Çen In Putinə cavab olaraq teleqram göndərib

15 Sentyabr 2026 / 6:57
3
Qaluzin: Aİ-nin 2029-cu ilə qədər Ermənistanla vizasız gediş-gəlişin tətbiqinə dair vədləri müvəqqəti xarakter daşıyır

Qaluzin: Aİ-nin 2029-cu ilə qədər Ermənistanla vizasız gediş-gəlişin tətbiqinə dair vədləri müvəqqəti xarakter daşıyır

15 Sentyabr 2026 / 6:37
11
Trampın müxaliflərinin işində ən yüksək səviyyəli prokuror gözlənilmədən istefa verdi

Sanchez: ABŞ-da hər gün atışmalar nəticəsində 117 adam ölür

15 Sentyabr 2026 / 6:31
2
BMT: Yəməndəki münaqişələr 137 mindən çox uşağı təhsildən məhrum edib

BMT: Yəməndəki münaqişələr 137 mindən çox uşağı təhsildən məhrum edib

15 Sentyabr 2026 / 6:24
1
Almaniya etiraf edib ki, Almaniya uzun müddətdir Ukraynada döyüşür

Almaniya etiraf edib ki, Almaniya uzun müddətdir Ukraynada döyüşür

14 Sentyabr 2026 / 11:57
6
Prezident İlham Əliyev “SABAH.city”nin açılışında iştirak edib- Fotolar

Prezident İlham Əliyev “SABAH.city”nin açılışında iştirak edib- Fotolar

14 Sentyabr 2026 / 11:52
6
Birinci xanım Ərdoğandan yeni tədris ili mesajı

Birinci xanım Ərdoğandan yeni tədris ili mesajı

14 Sentyabr 2026 / 11:43
19
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

14 Sentyabr 2026 / 11:35
35
Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

14 Sentyabr 2026 / 11:26
55
ABŞ mətbuatı: iflas ərəfəsində olan Kennedy Performance Arts Mərkəzi bu həftə bağlana bilər

ABŞ mətbuatı: iflas ərəfəsində olan Kennedy Performance Arts Mərkəzi bu həftə bağlana bilər

14 Sentyabr 2026 / 9:16
11
Qəzzada mülki müdafiə qrupları dağıntılar altından 17 yeni cəsədi çıxarıb

Qəzzada mülki müdafiə qrupları dağıntılar altından 17 yeni cəsədi çıxarıb

14 Sentyabr 2026 / 9:06
20
Avropanın yüksək səviyyəli məmurlarının gedişindən sonra Rusiya Ukraynada qatara hücum edib

Avropanın yüksək səviyyəli məmurlarının gedişindən sonra Rusiya Ukraynada qatara hücum edib

14 Sentyabr 2026 / 8:58
18
9 Avropa ölkəsi hava limanlarında xaosdan sonra giriş-çıxış sistemini təxirə salıb

9 Avropa ölkəsi hava limanlarında xaosdan sonra giriş-çıxış sistemini təxirə salıb

14 Sentyabr 2026 / 8:52
9
Mayamidə baş verən qəzadan sonra Amazon yük şirkəti ilə əməkdaşlığı dayandırıb

Mayamidə baş verən qəzadan sonra Amazon yük şirkəti ilə əməkdaşlığı dayandırıb

14 Sentyabr 2026 / 8:41
15
Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Vüqar Dadaşov:”Trampın reytinqinin aşağı düşməsi təkcə Ukrayna müharibəsi ilə bağlı deyil…”

14 Sentyabr 2026 / 8:28
71
Körpə Büşranın anası onu satdı! Qətl şübhəsi araşdırılır: 5 ailə üzvü həbsdədir- Qan donduran hadisə

Körpə Büşranın anası onu satdı! Qətl şübhəsi araşdırılır: 5 ailə üzvü həbsdədir- Qan donduran hadisə

13 Sentyabr 2026 / 14:07
20
Tasnim: İran ABŞ-ın Hörmüz boğazını açmaq üçün 7 şərt sadalayır

Tasnim: İran ABŞ-ın Hörmüz boğazını açmaq üçün 7 şərt sadalayır

13 Sentyabr 2026 / 7:30
17
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

Ərəb ölkələri İraqdan Səudiyyə Ərəbistanına edilən hücumu pisləyir

13 Sentyabr 2026 / 7:16
5
KKTC ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarını uzatmasından təəssüfləndiyini bildirib

KKTC ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarını uzatmasından təəssüfləndiyini bildirib

13 Sentyabr 2026 / 7:10
16
Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

12 Sentyabr 2026 / 18:07
5
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

12 Sentyabr 2026 / 17:57
3
Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

12 Sentyabr 2026 / 13:05
10
Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

12 Sentyabr 2026 / 10:56
16
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

12 Sentyabr 2026 / 10:17
17
İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

12 Sentyabr 2026 / 9:54
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.