Siyasət

Baş nazir Əli Əsədov Gürcüstanın baş naziri Kobaxidze ilə görüşüb

5 Avqust 2025, 11:2221
Reklam728x90
Reklam320x100

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşüb.

Avropa.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600