Siyasət

Azərbaycanlı bloqer Sübhan Məmmədov Rusiya vətəndaşlığından çıxarıldı

28 Fevral 2025, 10:0167
Reklam728x90
Reklam320x100

Rusiyada fəaliyyət göstərən “Subo” ləqəbli azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarılıb.

Avropa.info-nun məlumatına görə bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarına istinadən TASS yayıb.

Bildirilib ki, Sübhan Məmmədov adlı bloqer barəsində araşdırma aparılıb və onun Rusiya vətəndaşlığı alarkən özü barədə yalan məlumatlar təqdim etdiyi müəyyən edilib: “Bununla əlaqədar olaraq, o, Rusiya vətəndaşlığından çıxarılıb. Eyni zamanda, onun Rusiyaya girişinə qadağa da qoyulub”.

“Lenta.ru” portalı isə onun 70 il müddətinə Rusiyaya girişinə qadağa qoyulduğunu vurğulayıb. 25 yaşlı bloqerin hazırda BƏƏ-də olduğu qeyd olunub.

Rusiya mediası, həmçinin yazır ki, instaqram hesabında 13,5 milyon izləyicisi olan “Subo” qalmaqallı paylaşımları ilə məşhurdur. Onun barəsində araşdırma aparılmasına səbəb də məhz bu paylaşımlar olub. “REN TV” telekanalının məlumatına görə, S.Məmmədov uzun müddət hüquq-mühafizə orqanlarına qarşı mənfi münasibətin formalaşmasına yönələn məzmunlar yaradıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600