Gündəm

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü

28 May 2025, 07:3938
Reklam728x90
Reklam320x100

“Bir kərə yüksələn bayraq bir daha enməz…”

Türk mediası yazır:

Azərbaycanda 1918-ci il mayın 28-də elan edilmiş müstəqilliyinin 107-ci ildönümü qeyd olunur.

“Bir kərə yüksələn bayraq bir daha enməz”

 Azərbaycanın müstəqilliyi 1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflisdə Mehmet Emin Rəsulzadənin sədrliyi ilə  Azərbaycan Milli Şurası tərəfindən elan edilib.

Milli Şuranın qəbul etdiyi “İstiqlal Bəyannaməsi”ndə ölkənin idarə formasının respublika olduğu bildirilirdi.

Tarixdə qısa 23 ay ərzində iqtisadiyyatda, təhsildə, dini etiqad və vicdan azadlığında islahatlar aparan, bütün vətəndaşlara bərabər hüquqlar, qadınlara səsvermə hüququ verən Azərbaycan “müsəlman şərqinin ilk demokratik respublikası” hesab edilir.

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü

Müstəqillik əldə etdikdən dərhal sonra azərbaycanlılar müvəqqəti hökumət qurdular. Bakı erməni və bolşevik quldur dəstələrinin işğalı altında olduğundan bir müddət hökumət ölkənin ikinci böyük şəhəri olan Gəncədə fəaliyyət göstərdi.

Bakının fatehi: Nuri Paşa

Azərbaycanın müstəqilliyini ilk tanıyan  Osmanlı İmperiyası olmuşdur  . 4 iyun 1918-ci ildə iki dövlət arasında müqavilə imzalandı. Bu çərçivədə o vaxtkı Hərb Naziri Ənvər Paşa qardaşı Nuri Paşanın (Killigil) komandanlığı ilə ordu  Azərbaycana yardım göndərdi.

“Qafqaz İslam Ordusu” adlı ordu 1918-ci il sentyabrın 15-də Bakını azad etdi və hökumət ora köçdü. Qafqaz İslam Ordusu Bakının azad edilməsi uğrunda gedən döyüşlərdə 1130 şəhid verib.

Qısa müddət ərzində Azərbaycanda iqtisadiyyat, təhsil, din və vicdan azadlığı sahələrində islahatlar aparılaraq, ölkə tarixində yeni zəmin yaradıb. İrqindən, dinindən, məzhəbindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verildi.

Türk dili dövlət dili elan edildi

Azərbaycan müsəlman şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə oldu. Ölkənin öz valyutası və poçt markaları dövriyyəyə buraxıldı, Dövlət Bankı və Bakı Dövlət Universiteti yaradıldı.

Xarici təhlükələrə qarşı Azərbaycan iyunun 26-da öz ordusunu yaratdı və bu ordunun formalaşmasında Osmanlı zabitləri mühüm rol oynadılar.

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü

Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı ilə türk dili dövlət dili elan edildi. Əvvəllər  təhsilin  rus dilində aparıldığı orta məktəblərdə tədrisin türk dilində aparılması məcburi edilib.

1918-ci il dekabrın 7-də 120 yerlik parlament fəaliyyətə başladı. Ölkədəki bütün siyasi partiyaları və etnik qrupları təmsil edən parlament 17 ay fəaliyyət göstərdiyi müddətdə 230 qanun layihəsi qəbul edib.

Azərbaycanın qurucusu sayılan “Mehmet Emin Resulzade”

Azərbaycan Respublikası 1920-ci il aprelin 28-də ölkənin sovet ordusu tərəfindən işğalı ilə başa çatmışdır.

Hakimiyyət rəhbərlərinin, ziyalıların çoxu ölkədən getdi, amma hamısı Azərbaycan davasını ömrünün sonuna kimi yaşatdı.

Azərbaycanın qurucusu sayılan Mehmet Emin Resulzadə ömrünün son illərini Türkiyədə keçirib. O, 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini qurdu və kitablar yazmaqla, konfranslar təşkil etməklə ölkəsinin vəziyyətini izah etməyə davam etdi.

 

Azərbaycanın müstəqilliyinin 107-ci ildönümü

 

Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri illər sonra bütün azərbaycanlıların şüarına çevrildi.

Azərbaycan Sovet İttifaqının dağılmasından sonra yenidən müstəqilliyini elan etdi.

Müstəqillik bəyannaməsində ölkənin 1918-20-ci illərdə fəaliyyət göstərən Azərbaycan Cümhuriyyətinin varisi hesab edildiyi bildirilirdi.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600