Gündəm

Azərbaycanin Londondaki səfirliyində Təyyarə qəzasinda həlak olanlar yad edilib

26 Dekabr 2024, 20:2110
Reklam728x90
Reklam320x100

Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatlarını itirənlərin xatirəsi Londonda yad edilir.

Avropa.info AZƏRTACA-istinadən xəbər verir ki, matəmlə əlaqədar Azərbaycanın Londondakı səfirliyinin binasında dövlət bayrağı yarıya qədər endirilib və dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. London sakinləri, diasporumuzun üzvləri səfirliyimizin binası qarşısına gül dəstələri gətirir, həlak olanların xatirəsini ehtiramla yad edirlər.

Xarici ölkələrin Londondakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600