Siyasət

Azərbaycan XIN ABŞ-yə başsağlığı verdi

11 Yanvar 2025, 09:258
Reklam728x90
Reklam320x100

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.

Avropa.info xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600